Azərbaycandan VALYUTA AXINI RİSKİ

DogruXeber.az: - Rusiya Mərkəzi Bankının (RMB) mətbuat xidmətinə istinadən yayılan məlumata görə, valyuta axınını dayandırmaq məqsədilə RMB birjada dollar, avro və funt sterlinq alarkən fiziki şəxslər üçün 30% komissiya tətbiq edib. Sonradan fiziki şəxslər üçün bunun 12%-ə endirilməsi qərarı verilib. Bundan əvvəl RMB sanksiyaların təzyiqinə cavab olaraq, əsas faiz dərəcəsini 20%-ə qaldırmışdı.

“Birjada valyuta alarkən brokerlərin fiziki şəxslərdən almalı olduğu 30% komissiya sadəcə olaraq banklar və brokerlər arasında rəqabət şərtlərini bərabərləşdirir, çünki bankların valyutanın alış və satış məzənnələri arasındakı spreddən istifadə etmək imkanı var”, - deyə Rusiya Bankının açıqlamasında deyilir.

Müstəqil maliyyəçi Vitali Kaluqinin sözlərinə görə, bu valyutaların faktiki məzənnəsi 30% yüksək olacaq: “Əslində bunlardan başqa istənilən valyutanı ala biləcəyiniz aydındır - məsələn, frank, yen”.

Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov da eyni fikirdədir: “Mərkəzi Bank Rusiyada dollara tələbi müəyyən qədər azaltmağa çalışır, amma digər tərəfdən, “qara bazar”da rubl artıq xarici valyutalara nisbətən ucuzlaşır”.

“Moskva nəyin bahasına olursa-olsun xarici əskinasların xaricə çıxışını dayandırmağa çalışır. Lakin beşinci gündür bağlanan Moskva birjası göstərir ki, Rusiya Mərkəzi Bankı sanksiyaların təsirlərini yumşaltmaq üçün hələ də öz strategiyasını tam müəyyənləşdirməyib. Moskva ehtiyat edir ki, birjanın bərpası rublun rəsmi məzənnəsinin daha da ucuzlaşmasına və birjada ciddi sarsıntıya səbəb olacaq. Əslində rəsmi məzənnəyə baxmayaraq, rubl “qara bazar”da daha da ucuzlaşıb. Belə görünür ki, müharibə davam etsə, rubl ucuzlaşmağa davam edəcək”. ,

Bunu deputat AYNA-ya şərhində bildirib.

Bundan əvvəl Putin Rusiyadan 10 min dollardan artıq nağd pulun ixracını qadağan edən sənəd imzalayıb. Artıq Rusiya hökuməti 10 min dollardan çox nağd pul verilməsini qadağan edib.

Sanksiyalar sərtləşdirilərsə, bu rəqəm daha da azala bilər. Göründüyü kimi, Rusiya hökuməti hazırda inzibati yollarla ölkədən valyuta axınını minimuma endirməyə çalışır. Putinin sərəncamında qeyd olunur ki, 2022-ci il martın 2-dən Rusiya Federasiyasından 10 min ABŞ dolları ekvivalentindən artıq olan və Mərkəzi Bankın rəsmi məzənnəsi ilə hesablanmış nağd xarici valyutanın və (və ya) xarici valyutada pul alətlərinin çıxarılması qadağan edilsin.

Bütün bunların valyuta bazarımız üçün mənfi nəticələri ola bilər. Bayramov qeyd edib ki, Rusiyada valyuta qıtlığı və dollara tələbin artması fonunda Azərbaycan Mərkəzi Bankı qabaqlayıcı tədbirlər görməlidir: “Rusiyaya illik ixracımız 800 milyon dollara çatır. Əvvəlki illərdə fermerlər və digər sahibkarlar ticarəti rublla aparır, sonra isə onu dollara çevirməyə üstünlük verirdilər. Rusiyada dollar çatışmamazlığının dərinləşməsi riskləri yüksək olduğundan, Azərbaycan Mərkəzi Bankı ölkədən dollar axınını optimallaşdırmaq üçün tənzimləyici mövqeyindən istifadə etməlidir”.

“Neftin qiymətinin yüksək olması Azərbaycana daxil olan valyutanın həcminin artmasına səbəb olsa da, mövcud reallıqlar ölkədən valyuta axınının qarşısının alınması zərurətini artırıb”, - deyə millət vəkili xəbərdarlıq edib.

Rusiyalı analitik, Siyasi İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov hesab edir ki, Rusiya Bankı vəziyyəti düzgün qiymətləndirməyib: “Rusiya iqtisadiyyatından kapitalın çıxarılmasını dayandırmaq lazım idi. Mərkəzi Bank Moskva Birjasının işini əvvəlcədən dayandırmalı idi, çünki onun nəhəng beynəlxalq təzyiq şəraitində işləməsinə icazə vermək düzgün deyil”.


Oxunub: 316

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

"İstifadə etdiyimiz qazın bir hissəsi Azərbaycanındır" - Simonyan

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

Bu şəhərdə pizza və dondurma yemək qadağan olunacaq

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Sümbülə Əliyeva dövlətdən ayrılan 201 min manat vəkil haqqını mənimsəyib

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Cəmi 150 dəqiqədə sintetik almazlar yaratmaq olacaq

Ayaq üstə işləmək faydalıdır?

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Azərbaycanda balıq ovu qadağan edilir

İsveç Avropada ən pis müharibə ssenarisinə hazırlaşır - "Bloomberg"

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Bütün xəbərlər