Tikinti materialları bazarında qiymətlər kəllə-çarxda - Şirkətlər behi geri qaytarır

DogruXeber.az: - Ukraynada aparılan xüsusi əməliyyatlar, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra bu ölkənin bəzi məhsulların ixracına qoyduğu qadağa Azərbaycanda tikinti materialları bazarında qiymətləri bahalaşdırıb.
Sputnik Azərbaycan-ın tikinti bazarında apardığı araşdırma zamanı məlum olub ki, taxta, şalban, armatur və sair ixrac olunan tikinti məhsullarının qiymətində nəzərəçarpacaq artım var.

Taxta, armatur bahalaşıb
"Baksol" yolunda yerləşən tikinti materialları bazarında taxta satışı ilə məşğul olan Emil Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında son iki həftədə taxtanın qiymətində bahlaşmanın olduğunu təsdiqləyib. Onun sözlərinə görə, hazırda taxtanın bir kubunun qiyməti 450-480 manata təklif olunur:
"5 x 10 sm-lik bir kubmetr taxta 450 manata satılır. Qiymətlərdə bahalaşma Rusiyanın ixraca qadağa qoyması ilə bağlıdır. Yəqin ki, belə davam etsə taxtanın qiyməti daha da bahalaşacaq".

Bazarda Rusiyada istehsal olunmuş, diametri 12 mm olan A500 markalı armaturun bir tonunun qiyməti isə 1300 manatdır. Uzun illərdir armatur satışı ilə məşğul olan Nuran Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 12-14 mm-lik artmaturun satış qiyməti bir ton üçün 1300 manat təşkil edir.

N.Qafarov hələki qiymətdə nəzərəçarpacaq artım olmadığını bildirsə də, Rusiyanın ixraca qoyduğu qadağa və Ukraynada xüsusi əməliyyatlar uzun müddət davam edərsə, qiymətlərin bahalaşacağının qaçılmaz olduğunu söylədi.
Bazarda apardığımız araşdırma zamanı məlum oldu ki, qiyməti bahalaşmayan hələ ki, mişar daşıdır. Mişar daşı satışı ilə məşğul olan Tural Səfərov Sputnik Azərbaycan-a bildirib ki, hazırda "rakuşkalı" (balıqqulağı) mişar daşının bir ədədi 46 qəpikdir. Hamar daşın bir ədədi isə 50-52 qəpik təşkil edir:

"Hələ ki, tikinti bazarında qiyməti artmayan yeganə material mişar daşıdır. 750-800 ədədlik "rakuşkalı" bir maşın mişar daşı 400 manatdır. 600-650 ədədlik bir maşın hamar daşı isə 300 manata satırıq".

Qiymətlər iki həftədə 1% bahalaşıb
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında Ukrayna və Rusiyada baş verən proseslərin Azərbaycanda tikinti materiallarının satışına təsir etməsinin qaçılmaz olduğunu bildirib. R.Osmanlı bildirib ki, baş verən hadisələrdən sonra bir sıra tikinti materiallarının qiymətində 10% bahalaşma müşahidə edilir:
"Tikinti materialları bazarında bahalaşma çoxdan müşahidə olunur. Amma son iki həftədə də qiymətlərdə dəyişikliklər var. Bu əsasən ölkəyə Rusiya və Ukraynadan idxal olunmuş bir sıra məhsullarda qeydə alınır. Təqribən bahalaşma 10%-ə yaxındır".
R. Osmanlı bildirib ki, son bir ildə taxta, armatur, profil və digər dəmir məmulatların, dam örtüklərinin qiymətində artım müşahidə olunur:
"Qısamüddətli dövr üçün təhlil aparsaq, bu kəskin qiymət artımına gətirib çıxara bilər. Uzunmüddətli perspektivdə bu qiymət artımları dayana da bilər. Azərbaycan Rusiya və Ukraynadan idxal etdiyi məhsulları almaq üçün alternativ bazarlar axtaracaq. Hansı ölkələr bu baxımdan daha əlverişlidirsə, məhsullar həmin ölkələrdən idxal edilə bilər. Bu, Qazaxıstan kimi ölkələr ola bilər".

Ən çox qiymət artımı taxtadadır
Ekspert deyir ki, son bir il yarımda taxtanın bir kubmetri 265 manat olubsa, hazırda qiymət 500 manata yaxındır. Bu isə iki dəfə qiymət artımı deməkdir:
"Bütün bunlar mənzil bazarına təsirsiz ötüşməyib. İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətləndikcə, tikinti bazarında təlabat artır. Nəticədə qiymətlər də bahalaşır. Bu proseslərin üzərinə Rusiya və Ukraynada baş verənlərin təsirini gəlsək, qiymətlərdə nəzərəçarpacaq artım baş verir. Son illərdə istehlak bazarında qiymətlərdə bahalaşma müşahidə olunur. Bu, tikinti bazarından da yan keçmir".
R.Osmanlı qeyd edib ki, Azərbaycan özü armatur istehsalçısı olsa da, xammal çatışmazlığı bu istehsala problemlər yaradır. Nəticədə yerli istehsal tələbatı qismən də olsa ödəmir. Ona görə də, çoxmənzilli binaların inşası ilə məşğul olan şirkətlər daha çox xarici bazara üz tuturlar.
Ekspert deyir ki, xarici ölkələrin ixracında yaranan məhdudiyyətlər qiymətə təsirsiz ötüşmür:
"Bir aydan sonra Rusiya və Ukraynada baş verənlərin bazara nə qədər təsir etdiyi barədə rəqəmlər demək olar".

Tikinti şirkətləri də evlərin qiymətini artırıb
R.Osmanlı tikinti bazarında qeydə alınan qiymət artımının yeni inşa olunan binalardakı mənzillərin satış qiymətinə də təsir etdiyini söylədi. Onun sözlərinə görə, hətta bəzi tikinti şirkətləri müştərilərdən aldıqları behi geri qaytarırlar:
"Bu gün bir kvadratmetri 1200-1300 manat olan ərazilərdə mənzillərin qiymətində 150 manatadək artım var. Bu da kifayət qədər ciddi rəqəmdir. Bu artımların müxtəlif səbəbləri var. Bəzi tikinti şirkətləri hesab edir ki, ölkəyə ciddi axın olacaq. Bu da mənzil bazarına təlabatı artıracaq. Ukraynada yaşayan on minlərlə vətəndaşın bir müddət Azərbaycanda yaşaması gözləniləndir. Bu da bazarda tələbi artırır. Son iki-üç həftədə təqribən 5-10% qiymət artımına səbəb olub".


Oxunub: 416

Son xəbərlər

“İnternational Medical Center 1” xəstəxanasında yeni doğulmuş körpənin taleyindən xəbər yoxdur - BU NƏDİ BELƏ?!

“Qərb Qazaxıstanın müstəqilliyini qoruyur” — Rəsmi Astanadan Rusiya və Çinə qarşı ŞOK AÇIQLAMA

Rusiya NATO-ya qarşı müharibəyə hazır olduğunu AÇIQLADI

Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edildi - SƏRƏNCAM

Rusiya Haaqa Tribunalından yayınmaq üçün Əlcəzairlə saziş imzalamaq istəyir

“Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi

Türkiyədə Ermənistan-Azərbaycan sülh prosesi müzakirə edilib

HƏMAS girov götürdüyü iti də azad etdi

İran prezidenti niyə Türkiyəyə getməyib? - Səbəb AÇIQLANDI

Amerikanın hərbi təyyarəsi okeana düşdü

"Tərtər işi” ilə bağlı həbs olunan hərbçilərə HÖKM OXUNDU

Zelenski “İlin xəyalpərəsti” elan edildi

Polşa buna görə Finlandiyaya qoşun göndərir

Hərbçilərin aylıq vəzifə maaşları 20 faiz artırılacaq

Deputat ezamiyyə xərclərinin artırılmasını təklif edir

Azərbaycan nefti bahalaşdı

Erməni deputat Bakıda yaşamaq istəyir

Bu günə olan valyuta məzənnələri

Putin bunu xəyanət adlandırdı

Qurban Qurbanov ilk maaşını açıqladı

Rusiyadan Ukraynanın təzminat istəyinə CAVAB

Cəlal Arutyunyanla bağlı cinayət işi məhkəməyə göndərildi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edildi

Məhkəmə "Kanal 13"ün rəhbəri barəsində qərar verdi

Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi - ƏMR

Sabah üç rayonda qaz olmayacaq

Bu uşaq evində uşaqlar soyuq su ilə çimizdirilir - VİDEO

Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi - Putyovkalar 30 faiz bahalaşdı

Bank Akif Çovdarovun şirkətlərini məhkəməyə verdi — 9 milyonluq borc

Azərbaycanda orta və yaşlı əhali peyvənd olunacaq

Bütün xəbərlər