"Prezident aparatında başçının tərəfdarları var..." -  İDDİA // VİDEO

Ölkə başçısı həmişə müşavirələrində vurğulayır ki, "Məmur xalqın xidmətçisidir. Hər zaman xalqın yanında olmalı, onların problemləri ilə maraqlanmalıdır."

Deyir, "sən saydığını say, gör məmurlar nə sayır".
Ölkə başçısının ciddi tapşırığına baxmayaraq, hələ bir çox icra başçıları öyrəşdiyi formada işini davam etdirir. Yəni, "köhnə hamam, köhnə tas"... Bir çox icra başçıları nəinki, kəndləri gəzib, sakinləri dinləmir, heç dəfələrlə idarəyə gəlib müraciət edənlərə, hətta sosial media vasitəsilə Prezidentə müraciət edənlərə də əhəmiyyət vermir.

Yeri gəlmişkən, Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini, hazırda Biləsuvar rayon ərazisində yerləşən Cəbrayıl qəsəbəsində yaşayan Məmmədova Elmira Əliş qızı və digər bir neçə Cəbrayıl rayon sakinləri də dəfələrlə "DogruXeber.az" informasiya portalı vasitəsilə prezidentə müraciət edib, İcra başçısı Kamal Həsənovun barəsində narazılıqlarını ifadə ediblər. Sakinlərin hər müraciətindən sonra, onlara reaksiya verən İcra başçısı deyil, onun işlə təmin etdiyi tərəfdarları olub. Hansı ki, xanımların reportajları yayımlanan sayt və YouTube kanalının şərh bölməsində onları təhqir ediblər. İcra başçısının "mərhəmətindən töhfə alan" bəzi
"şansı yavər gedən" rayon sakinləri, başçıdan narazılıq edən yüzlərlə rayon sakinlərini şiddətlə qınayır, "yalançı"lıqda ittiham edirlər.

Elmira xanım Məmmədova bu dəfə də üzünü prezidentə tutaraq, bu dəfə daha ciddi iddialı ifadələr səsləndirib. Bu qədər narazılıqlara, şikayətlərə, özbaşınalıqlara rəğmən, İcra başçısının işini hələ də öz bildiyi kimi idarə etməsinə və barəsində heç bir tədbir görülmədiyinə görə, prezident administrasiyasında onu dəstəkləyən hər hansı bir şəxsin olduğu qənaətinə gəldiklərini ifadə edib. Xanım düşünür ki, prezident aparatında onların şikayətlərinin ölkə başçısına çatdırılmasını əngəlləyən tərəfdarlar fəaliyyət göstərir.



Üstəlik də bəzi təhsili olmayan, yaxud diplomu sual altında olan və yuxarıda da qeyd etdiyimiz kimi, başçının "mərhəmətindən nəsibini alan" şəxslər narazı sakinləri susdurmaq, həmçinin onların etiraz səslərini ictimailəşdirən mediaya bu işdə əngəl olmaq üçün əllərindən gələn bütün vasitələri (təhdid, xahiş və s) sınaqdan keçirirlər. Amma, heç bir halda sakinləri narazı salan səbəbləri aradan qaldırmağı planlarına daxil etmirlər. Hansı ki, başçıya olan "sevgi və ehtiram"ları sayəsində sahib olduqları vəzifənin səlahiyyətləri, bu problemlərin bəzilərinin həllinə qismən də olsa çatır. Həmin şəxslər isə hətta mətbuata müraciət etmək istəyən onlarla sakinlərə də yalan vədlərlə əngəl olurlar. Hər gün "yaxşı olacağ"ına söz verərək, beləcə vaxt qazanırlar.

Maraqlıdır, nə vaxta qədər?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 378

Son xəbərlər

Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

“Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin qəbuluna başlanıldı

Xalq artistini erotik videolarla şantaj edirlər

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Daha 79 nəfərin xarici diplomu tanınmadı

Bu qəzet və saytlara maliyyə ayrıldı - SİYAHI

Çexiya Azərbaycana yeni səfir təyin etdi

Aparıcı efirdəki bu hərəkəti ilə media qanunlarını pozdu - Cəzası nədir?

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Yaxın günlərdə hava necə olacaq?

Sabahdan əlillik dərəcəsi yeni meyarlarla müəyyənləşəcək

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir? Yaxud kölgə iqtisadiyyatının “kölgə adamı”

Qubanın 2- ci Nügədi kəndində gizlənən 10 milyonluq “Macara” oteli: Qubalıların başına hansı məcaraları gətirir? - VİDEO

Həyətində çətənə bitkisi yetişdirən Ucar rayon sakini saxlanılıb

Bütün xəbərlər