Cəmiyyət bu hallardan çox narahatdır

Əvvəlki illərə nisbətən, son dövrlər narkomaniya, kriminal hadisələr və oğurluq hallarının çoxalması cəmiyyəti olduqca narahat edir. Bu cür xoşagəlməz hadisələrin artması hüquq - mühafizə orqanlarının qarşısında böyük məsuliyyət yaradır.

Xatırlayırsınızsa, ”DogruXeber.az” informasiya portalında, Abşeron rayonu ərazisində bir mənzildə üç dəfə oğurluq olması və digər ərazilərdə də oxşar hadisələrin baş verdiyi barədə məlumat dərc etmişdik.

Gecə oğurluq olub

Qeyd edək ki, Abşeron rayonu Novxanı qəsəbəsi yeni yaşayış massivində oğurluq olan mənzil mühafizə polisi tərəfindən qorunurdu. Amma, bütün bunlara baxmayaraq, mənzildə quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərdən də aydın görünürdü ki, mənzilə oğurluq məqsədilə gələn oğrular içəri daxil olmaq üçün xeyli zaman itirirlər.

Təəssüflə qeyd etmək istərdik ki, oğrular itirdikləri bunca zamana baxmayaraq, məqsədlərini sərbəst şəkildə həyata keçirmiş və hadisə yerini rahatlıqla tərk etmişdilər. Atalar demişkən: "Dərə xəlvət, tülkü bəy". Buradan belə qənaətə gəlmək olur ki, oğrular hadisəni həyata keçirməmişdən öncə əraziləri nəzərdən keçirib və qəsəbə daxili polis nəzarətinin olmadığını gördükdən sonra öz çirkin niyyətlərini həyata keçiriblər.

Oxşar hadisə Qaradağ rayon Müşviqabad qəsəbəsində də baş verib. Belə ki, 16.02.2022-ci il tarixdə jurnalist Kamal Əsgərova məxsus anbarda oğurluq hadisəsi baş vermişdir. Oğrular anbarın dəmir qapısının kilidini qıraraq, içəri daxil olub, xeyli sayda məişət əşyalarını aparıblar. Qeyd edək ki, hadisə ilə bağlı daxili işlər nazirliyinin "102" qaynar xəttinə məlumat verilmiş və əraziyə polis əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirən polis əməkdaşları ekspert müayinəsi aparıb və əlavə müayinə üçün bir neçə əşya da götürüblər. Əfsuslar olsun ki, hadisə ilə bağlı bu günə qədər heç bir məlumat yoxdur. Bəli, yuxarıda da qeyd etdiyimiz kimi oğurluq, narkomaniya və cinayət hadisələrinin artması cəmiyyəti narahat edir. Məlumdur ki, bu cür xoşagəlməz hadisələrin çoxalmasının müxtəlif səbəbləri vardır. Amma, belə hesab edirəm ki, digər səbəblərə baxmayaraq, bu kimi halların qarşısının alınması və belə hallara qarşı ciddi araşdırmalar aparılıb, tədbirlər görülməsi hüquq - mühafizə orqanlarının prioritet istiqamətlərindən biri olmalıdır.

Sizcə bu belədir...!?

Bu gün “DogruXeber.az” informasiya portalının əməkdaşları, bir neçə rayon (Qaradağ, Abşeron və Yasamal) sakinləri arasında sorğu keçirib və yuxarıda qeyd olunan hadisələrə münasibət öyrəniblər. Məlumat üçün bildiririk ki, aparılan sorğu zamanı vətəndaşlar tərəfindən bir sıra maraqlı və düşündürücü fikirlər səsləndirilib. İlk növbədə, vətəndaşları narahat edən məsələlərdən biri ümumtəhsil müəssisələrində şagirdlərin təlim-tədris işləri və əxlaqi keyfiyyətlərinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlərin aparılmaması və eyni zamanda bəzi valideynlərin övladlarına qarşı səhlənkar yanaşmaları mövcud duruma gətirib çıxarır.

Vətəndaşları narahat edən ikinci məsələ isə ərazi üzrə polis nəzarətinin zəif olmasıdır. Onların sözlərinə görə ərazidə polis əməkdaşları çox az-az görünür və hətta elə ərazilər var ki, orada vətəndaşlar sahə müvəkkillərini belə tanımırlar. Belə olduğu təqdirdə isə bir çox ərazilərdə oğurluq hallarının baş verməsi və kriminal hadisələrin yaranması qaçılmaz olur. Həmçinin, vətəndaşlar onu da qeyd ediblər ki, polis nəzarətinin bu cür aşağı olmasından sui-istifadə edən bəzi “narkobaron”lar şəxsi maraqları naminə yeniyetmə gəncləri pis vərdişlərə meyilləndirib onların gələcəyini puç edirlər.

Yeri gəlmişkən onu da qeyd edək ki, tərəfimizdən yuxarıda qeyd olunan ərazilər üzrə xidmət aparan polis əməkdaşlarından təhlükəsizliyin təmin olunması üçün təyin olunan ərazilərdə neçə polis əməkdaşının xidmət apardığını soruşduq. Təqribən 25-30.000 (iyirmi beş, otuz min)ə yaxın əhalisi olan, yəni üç qəsəbə üzrə gündüz 4 (dörd) axşam isə 3 (üç) polis nəfəri xidmət göstərir. Bu isə olduqca aşağı göstəricidir. Hələ aparılan xidmətin hansı keyfiyyətdə olmasını və necə təşkil edildiyindən danışmırıq.
Əlqərəz…

Hamımıza yaxşı məlumdur ki, Daxili İşlər naziri general-polkovnik cənab Vilayət Eyvazov nazir təyin olunduğu vaxtdan bu günə qədər polis orqanlarında bir sıra yeniliklər və yüksək xidmətin təşkili üçün müəyyən zəruri tədbirlər həyata keçirmişdir. Görünən odur ki, bəzi polis şöbəsinin səlahiyyətli şəxsləri xidməti düzgün təşkil etmir. Belə olduğu təqdirdə isə nazirin qurum üçün bunca zaman ərzində atdığı bütün müsbət addımlara müəyyən dərəcədə kölgə salmış olurlar.

Mövzuya qayıdacağıq...

DogruXeber.az


Oxunub: 263

Son xəbərlər

“Üç övlad atası idim, birini şəhid verdim, oğlum başımı uca etdi, az yaşadı, amma kişi kimi yaşadı”

Səfirliyə hücum edənlərin biznes şəbəkəsi: Bakıdakı restoranlar da ona aiddir?

Rusiyada alim vətənə xəyanət ittihamı ilə SAXLANILDI

Yaranmış problemə nazirliyin münasibəti

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

"Rublla bağlı razılığa gəldik” - Ərdoğan

Nazirlik ilanbalığının ovuna icazə verilməsinin səbəbini AÇIQLADI

Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

CƏNAB NAZİR, “Taxıl mafiyası” fermerlərə zülm edir... - “Qarşıdan aclıq gəlir”

Buzduxda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Londondakı səfirliyimizə hücumla bağlı CİNAYƏT İŞİ BAŞLANILDI

Bu yüksəkliklər Ordumuzun NƏZARƏTİNƏ KEÇDİ

“Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm” - Şəhid qardaşı

Çin XİN-dən ABŞ-a XƏBƏRDARLIQ

«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI

Azərbaycan nefti bahalaşdı

İsmayıl Hüseynovun Praqada otelləri üzə çıxdı - İLGİNC FAKT

Azərbaycanın QƏRBİ AZƏRBAYCAN ARZULARI... NƏ QƏDƏR REALDIR?

Bakıda "Qazel" yandı

Xankəndini görürük... XANKƏNDİYƏ GƏLİRİK... - Başqa yolu YOXDUR!

REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...

Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI

“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - ŞOK TƏHDİD

Ermənilərin Laçından çıxarılmasına vaxt verildi

Dolların 3 günlük məzənnəsi

BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb - ÇÖRƏK SEXLƏRİ UNU LİMİTLƏ ALIR

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? – NARAZILIQ VAR!

Nazirlər Kabinetinin qərarının icra edilməməsi kimlərin maraqlarına uyğundur?

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

Bütün xəbərlər