Ekologiya Nazirliyi  ağaclara "türbə" tikir - FOTO // VİDEO

DogruXeber.az: - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətsizliyi, daha doğrusu şəxsi maraqları naminə fəaliyyəti barəsində yerli mediada və sosial şəbəkələrdə nə qədər tənqidi materiallar dərc edilib, fikirlər bildirilsə də, sözügedən qurum bu tənqidlərdən və ekoloji ziyanları təsdiq edən faktlardan zərrə qədər narahat olmur.

Ölkə ərazisində meşələrin məhv edilməsi, iş adamlarının biznes məqsədli tikintilərinə mane olan yaşıllıq ağaclarının göz görə-gorə kəsilməsi və sair, bütün bunlar barəsində hər gün sosial medialarda məlumatlar dərc edilir. Bundan əlavə şəxsən "DogruXeber.az" olaraq, gördüyümüz faktlar barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) elektron ünvanına rəsmi müraciətlər göndərib, həmçinin mətbuat xidmətinə də telefon açıb, məlumatlar vermişik.

Nə xeyri...

Deyir: - "Sən saydığını say, gör ETSN nə sayır".

Yuxarıda da qeyd etdiyimiz kimi meşələrin məhvindən əlavə, şəhərin küçələrində yaşıllıq ağacları da şəxsi maraqlar naminə kəsilir. Kəsilməyən ağaclar da iaşə obyektlərinin içərisində, tikintinin arasında (aqrar xidmətlər nəzərə alınmadan) dekor kimi istifadə edilir. Buna misal olaraq, yəqin Yasamal rayonunda, Tiblisi prospektində, "İST petrol"un yanındakı restoranı xatırlamış olarsınız. Hansı ki, biz bu barədə dəfələrlə məlumatlar dərc edib, ETSN-nə sorğular, müraciətlər göndərmişdik. Lakin, bütün cəhdlərimiz faydasız qaldı. Bu da onun göstəricisidir ki, qurum məsələdən xəbərdardır və hansısa maraqları naminə özü həmin obyektləri himayə edir.



Yeri gəlmişkən, qeyd edək ki, Qaradağ rayon Müşfiqabad qəsəbəsində də eyni proseslər təkrarlanır.

Ekologiya Nazirliyi  ağaclara "türbə" tikir - FOTO // VİDEO

Ekologiya Nazirliyi  ağaclara "türbə" tikir - FOTO // VİDEO


Fotolarda da gördüyünüz kimi burada da çoxillik yaşıllıq ağacları tikintisi başa çatmaqda olan iaşə obyektinin içərisində dekor olaraq, istifadə olunur.

Sizcə aidiyyatı qurumun - ETSN-nin bundan xəbəri yoxdur?

Xəbəri olunca, verdiyi reaksiyanı Tiblisi prospektində illərdir fəaliyyət göstərən restoran barəsindəki məlumatlar yayımlanan zamanlarda gördük.

Səssizlik...

Yaşıllıq ağaclarının inkişafına əngəl olan bu kimi iaşə obyektləri sadəcə bunlarla da bitmir. Bakı şəhər, Nizami rayonu, Qara Qarayev prospekti boyunca, həmçinin Xətai rayonunda, "Əhmədli" metrostansiyasının ətrafında da eyni faktları hər kəsin gözləri önündədir. Şəhərin mərkəzində bu kimi faktların olması, nə "ağacların yiyəsinin razılığını satın alan" obyekt sahiblərinin, nə də aidiyyatı qurum - ETSN-nin heç nədən çəkinmədiyini, "belə də olmalıdır" kimi davranmalarını göstərir.

Muxtar Babayev və səlahiyyətli əməkdaşlarının ölkə təbiətini özəl mülkləri kimi istifadə etmələri hər addımda açıq şəkildə özünü göstərir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO


Oxunub: 575

Son xəbərlər

Nərimanıv adına NQÇİ-də QOÇƏLİNİN HAVASI... - BU NƏDİ BELƏ?

Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar - YAĞ, EY YAĞIŞ, DURMAGİNƏN...

Qəzənfər Ağayev Astaranı zibilxanaya çevirib... - GİLEY

Azərbaycan öz ərazilərini azad edir - Saakaşvilidən İSMARIC

İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər TƏYİN EDİLDİ - FOTO

Sülhməramlıların ölümünə görə korpus komandiri İŞDƏN ÇIXARILDI

Prezidentin köməkçisindən Yevlax görüşü ilə bağlı AÇIQLAMA

Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq

Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

Bu, qiymətlərin əlavə artımına səbəb ola bilər - Proqnoz

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini ARTIRIR

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

İlham Əliyev və Putin arasında telefon danışığı oldu

Sülhməramlılar Yevlaxdakı danışıqlarda müsbət münasibət olduğunu bildirdilər

Xankəndidə mülki geyimli silahlı şəxsin görüntüsü - VİDEO

Sülhməramlıların komandanının müavini Qarabağda həlak oldu

Sabah hava necə olacaq?

"Küçədən gələn müxbir Ermənistanı fırladır" - Eks-nazir

"Bəşəriyyət cəhənnəmin qapılarını açıb" - Quterreş

"Azərbaycanın verdiyi siyahıda mən də ola bilərəm" - Seyran Ohanyan

Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ

Ukrayna ABŞ-dən nə istəyir?

"Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev

Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi

Qarabağ erməniləri ilə görüşdə Azərbaycanı bu şəxs təmsil edir - FOTO

"İstefa verməyəcəm" - Paşinyan

Moskva aeroportlarında reyslər kütləvi şəkildə ləğv edildi

Qarabağdan təxliyə olunan ermənilərin sayı AÇIQLANDI

Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu

“Vaqner” Suriyanı tərk edir

Bütün xəbərlər