gundem / siyaset / Cəmiyyət
4.04.2022, 16:30
Dövlət Komissiyası qarşısında vəzifə qoyuldu
Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsindən sonra Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin axtarışı, ekshumasiyası Dövlət Komissiyası qarşısında vəzifə kimi qoyulub.
"DogruXeber.az" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.
O bildirib ki, bundan sonra İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə bir sıra məsləhətləşmələr aparılıb:
“Bu məsləhətləşmələrə uyğun olaraq, bu gün niyyət protokolu imzalanıb. Bu protokola uyğun olaraq Dövlət Komissiyasına Beynəlxalq Komissiya tərəfindən müvafiq yardım göstərəcək”.