Bu il ikinci dəfə maaş və pensiya artırılacaq? - AKTUAL

DogruXeber.az: - Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3 dollar, yaxud 2, 69 % azalaraq 108,62 dollara düşüb.

Dünən “Brent” markalı neftin bir bareli 102,62 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 dollar götürülüb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Azərbaycanda neft, əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir. Qeyd edək ki, son vaxtlar ümumilikdə dünya neft qiymətlərində dəyişikliklər müşahidə olunur ki, bu da, əsasən kəskin artımla özünü göstərir.

Rəqəmlərdə kiçik azalmalar olsa da, 100 dollardan aşağı qiymətlər görmək mümkün deyil. Mövcud bazar qiymətləri Azərbaycan neftində də özünü göstərir. Xatırladaq ki, cari ildə dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 dollar götürülüb.

Dünya bazarında neft qiymətlərində mövcud dəyişikliklər zəminində cari ilin birinci yarısında büdcə proqnozlarına yenidən baxılması və maaşların, pensiyaların artımı mümkündürmü? Dia.az-ın məlumatına görə, millət vəkili Azər Badamov “Cümhuriyət”ə bildirib ki, neftin dünya bazarlarında qiyməti sabit deyil:

“Son günlər müşahidə edirik ki, dünya bazarında neftin qiymətində artım və enişlər sürətlənib. Qiymətlər sabit olmadığından, büdcədə nəzərdə tutulan neftin qiymətinə yenidən baxılmasını aktual hesab etmirəm. Ancaq bununla yanaşı, ölkədə sosial proqramların icrası davamlı xarakter alıb. Yəni maaşların, pensiyaların, sosial müavinətlərin artırıması hər zaman gündəmdə olub. Dövlətin imkanları nəzərə alınaraq Prezident bu istiqamətdə qərar verir. Əgər dövlətin resursları bu istiqamətdə kifayət edərsə, təbii ki, əməkhaqlarının artırılması ilə bağlı sərəncamların imzalanması da gözləniləndir. Bu gün Azərbaycan üzərində böyük bir missiya dayanıb. Bu da işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə bağlıdır. Yəni həmin ərazilərin yenidən qurulması və bərpası böyük vəsait tələb edir. Neft qiymətinin yuxarı olması və dövlət gəlirlərinin artması "Böyük qayıdış" prosesini daha da sürətləndirə bilər. Yəni oraya qayıdacaq insanlar üçün şəraitin yaradılması ilə bağlı prosesi daha da sürətləndirə bilərik. Dövlətin üzərinə götürdüyü missiyanı yerinə yetirmək üçün daha böyük vəsaitə ehtiyacı var. Çünki işğaldan azad edilmiş ərazilərimizdən qaçqın düşmüş vəətndaşlarımız 30 ildir ki, öz ata-baba yurdlarına qayıtmaq intizarı ilə yaşayırlar. Biz həm sosial paketləri icra etməliyik, həm də o istiqamətdə işlər görməliyik. Ona görə də neftin qiymətinin dövlət büdcəsində nəzərdə tutulandan yüksək olması bu proseslərin sürətlə icra olunmasına imkan yaradır”.

İqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, neftin qiymətinin hazırda 100 dollar üzərində ticarət olunması bu gün üçün proqnozlaşdırılmırdı:

“Unutmamalıyıq ki, yaxın keçmişdə, ən azından 2020-ci ildə neft qiymətləri təlatüm yaşayırdı. Dünya tarixində olmayan qiymətlər ifadə olunurdu. Hətta “Texas” neftinin birjada bir anlıq mənfi qiymətlə ticarət olunması müşahidə olunmuşdu. Belə olduğu halda, bu gün çox “kövrək” bir bazar var. Bu bazar hazırda psixoloji, yəni 100-110 dəhlizinə daxil olub. Ancaq bu qiymət dayanıqlı deyil. Belə oldiğu halda, 2015, 2020-ci ilin praktikasını götürdükdə, büdcədə 50 dollardan götürülübsə, onun yuxarı qaldırılması məqsədəuyğun deyil. Diversifikasiyalı vəziyyətdə saxlamaq daha məqsədəuyğun olar. Onsuz da o vəsait dolayı yolla bizim ölkəyə daxil olur və Dövlət Neft Fondunda depolanır. Bu baza üzərindən maaşlar və pensiyaların artırılmasına gəldikdə isə bu hökumətin ixrtiyarındadır. Bizim onsuz da kifayət qədər maliyyə dayanıqlığımız var. Hər hansısa bir addım atıla bilər. Ancaq məhz neftin qiymətinə əsaslanaraq hazırda bu prosesləri həyata keçirmək risklidir. Bu gün neftin qiyməti 110 dollardırsa, heç kim sabah 50 dollara enəcəyi ilə bağlı təminat vermir. İnsanların maaşları, pensiyaları və digər ödəmələr konkret dayanıqlı iqtisadi model əsasında həyata keçirilməlidir. Yəni bu gün neftin qiyməti 100 dollardırsa, biz buna uyğun əmək haqqını qaldırsaq və bunun əsası yoxdursa, sabah neftin qiyməti düşəndə necə olacaq? Bu nöqteyi-nəzərdən həmin göstəricilərin birləşdirilməsi, inteqrasiya olunması və bunun əsasında çıxış edilməsi məqsədəuyğun deyil”.//dia.az


Oxunub: 170

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər