Məcburi köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzləri (QRM) “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində birgə əməkdaşlığa başlayıb.

"DogruXeber.az" xəbər verir ki, bu fəaliyyət çərçivəsində məcburi köçkün qadınlara hüquqi və psixoloji yardım, kiçik və orta biznes fəaliyyətinə başlamaq istəyənlər üçün isə özünüməşğulluğa dəstək və müxtəlif kursların tədrisi xidmətləri göstəriləcək.

Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzlərində (QRM) məcburi köçkünlük statusu olan qadınlara komputer, dərzilik, şirniyyat, qadın gözəllik salonu və bir sıra sahələr üzrə əyani ilkin peşə bilikləri aşılanacaq. Psixoloji, hüquqi və liderlik kimi seçilmiş sahələr üzrə xidmətlərin eyni zamanda onlayn tədrisi də planlaşdırılır.
Qeyd edək ki, yaşı 18-65 aralığında olan hər bir məcburi köçkün qadın üçün peşə təlimi kurslarının ödənişsiz və mütəmadi təşkili planlaşdırılır. Adıçəkilən tədbirlərdə iştirak etməklə məcburi köçkünlər ilkin peşə bilikləri qazanacaq və növbəti mərhələdə əldə etdikləri əyani təcrübələri gələcək karyeralarında tətbiq edə biləcəklər. Bu kurslarda iştirak etmək və ya daha ətraflı məlumat almaq istəyənlər aidiyyəti üzrə yaşadıqları ərazinin Qadın resurs Mərkəzlərinin koordinatoru ilə əlaqə saxlaya bilərlər.

Əlaqə üçün:

Ağcabədi Qadın Resurs Mərkəzinin (QRM) koordinatoru : Gülşən Quliyeva +994 51 532 21 56

Bərdə Qadın Resurs Mərkəzinin (QRM) koordinatoru : Aygün Hüseynova +994 50 973 95 17

Tərtər Qadın Resurs Mərkəzinin (QRM) koordinatoru : Mərziyyə Qəndilova +994 50 368 11 28


Oxunub: 159

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər