Evi olmayanların NƏZƏRİNƏ! - ŞAD XƏBƏR AÇIQLANDI - VİDEO

Vətən müharibəsindən əvvəl məcburi köçkünlərə verilməsi üçün tikilən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydaları təsdiqlənib.

"DogruXeber.az" BAKU.WS-ə istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həmin mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satılacaq.

Əldə olunan vəsait bu kateqoriyadan olan şəxslərin sosial-məişət şləraitinin yaxşılaşdırılması tədbirlərinə yönləndiriləcək

Qaydalara əsasən satışına yol verilən mənzillərin sayını Nazirlik müəyyən edəcək və bu barədə məlumatı özünün rəsmi internet saytında məlumat verəcək. Satışa çıxarılan mənzillər üzərində dövlətin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınacaq. Mənzillərin bazar dəyərini Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici müəyyən edəcək. 1 il müddətində satılmayan mənzillər yenidən qiymətləndiriləcək

Mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçiriləcək. Onlayn satış zamanı Nazirliyin rəsmi internet saytında mənzilləri əldə etmək niyyətində olan şəxlərə mənzil seçiminin həyata keçirilməsinə şərait yaradılacaq.

Qaydalara görə, mənzillərin satışa çıxarılacağı ilə bağlı elan satışın başlanması tarixinə azı 15 gün qalmış verilməlidir. Satış elanında satışın başlanması tarixi, saatı və satışın həyata keçirildiyi müddət haqqında məlumat veriləcək.

Mənzillərin satışı onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılır. Mənzili seçən şəxs 10 gün müddətində alqı-satqı müqaviləsinin bağlamalıdır. Mənzil seçimində iştirak edən hər bir şəxsin bir neçə mənzil seçmək hüququ vardır.

Mənzili seçən şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə notariat qaydasında alqı-satqı müqaviləsi bağlanılmalıdır.

Əgər mənzili seçən şəxs 10 gün ərzində müqavilə bağlamağa gəlmədikdə və ya mənzilin dəyərini tam ödəmədikdə, yaxud mənzili almaqdan imtina etdikdə, həmin şəxsin həyata keçirdiyi mənzil seçimi ləğv edilir. Həmin mənzil növbəti satış elanına daxil edilməklə yenidən satışa çıxarılır.

Mənzillərin satışından əldə olunan vəsait ısə şəhid ailələri və müharibə əlilləri üçün mənzillərin alınması, fərdi evlərin tikintisi, o cümlədən layihə-smeta sənədlərinin hazırlanması və ekspertizasının aparılması, xarici kommunikasiyalara qoşulması, satışa çıxarılan mənzillərin qiymətləndirilməsi, satışın rəsmiləşdirilməsi ilə bağlı xərclərin ödənilməsində istifadə ediləcək.


Oxunub: 214

Son xəbərlər

Mixəyin tərkibi və faydaları

Bu şəxslər 12 min manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sabaha olan hava proqnozu AÇIQLANDI

Azərbaycan-Misir sənədləri imzalandı

Sumqayıtın bitməyən dərdi - "Şikayətimizi kimə deyək?" // VİDEO

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır

78 müharibə iştirakçısı etiraza qalxdı - VİDEO

Azərbaycanda 48 mindən çox uşaqda xəstəlik aşkarlanıb - RƏSMİ

Bölmələrimiz döyüş hazırlığı üzrə məşğələlər keçir - VİDEO

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

İspaniya yazda Ukraynaya Leopard tankları göndərəcək

Neft ucuzlaşdı

Donald Gerye Bakıdadır

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - Yeniləndi

Xırdalanda su kəsiləcək

Azadlıq Partiyasının səfirliyə hücumla bağlı bəyanatı

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

Dolların məzənnəsi sabit qaldı

Şəhid olan Orxan Əsgərovun qohumlarının fəryadı — VİDEO

Abşeronda qəriibə hadisə

"Xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür" - Milli Məclis

“Azərbaycan səfirliyinə hücum xəbərindən sarsılmışıq” - Rusiya səfirliyi

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - VİDEO

Asteroid 2023 BU: Kosmik qaya bəzi peyklərdən daha yaxından keçir - FOTO

SENSASSİYA! Azərbaycan səfirliyinə xain hücumu bu ölkə təşkil edib

Təmizlik işciləri dayanacaqlarda toz qaldırırlar - GİLEY

"Azneft"də sürücülər NİYƏ NARAZIDIR?.. - YEYİNTİ İTTİHAMI...

"Bizim pullarla Türkiyədə özünə villa, ev, obyekt alır" - "Korkmaz Group"un sahibindən şikayət

Bütün xəbərlər