ADAU-da NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİA

DogruXeber.az: - Son zamanlar Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup müəllim və dosentləri haqqında xoşagəlməz məlumatlar yayılır.

Belə ki, "Region xəbərləri" adlı “ Facebook” səhifəsində ADAU-nun kafedra müdiri Musa Bayramov, Tələbə qəbulu komissiyasının sədri Telman Musayev, Tədris şöbəsinin müdiri Elay Zeynallı, Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin müdiri Mehman Kərimov və Gəncə Dövlət Universitetinin Xarici əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov haqqında xoşagəlməz məlumatlar dərc olunur.

Yazıda adı çəkilən Tədris şöbəsinin müdiri Elay Zeynallı, Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin müdiri Mehman Kərimov və Gəncə Dövlət Universitetinin Xarici əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədovun əxlaqsız işlərlə məşğul olması, Musa Bayramovun "narkotik alveri” ilə, Telman Musayevin Tələbə Qəbul Komissiyasının vasitəsi ilə tələbələri dolayı yolla Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul etdirməsi haqqında məlumat dərc olunub.

Bundan başqa, iddia olunur ki, ADAU-nun Tələbə Qəbulu Komissiyasının sədri Telman Musayev ağ vərəqlərlə məşğul olur. Yəni müəyəyn vəsait müqabilində abituriyent imtahan vaxtı vərəqləri ağ buraxır, heç nə yazmır, lakin həmin abituriyentin adı qəbul olanlar siyahısında çıxır. Bu cinayət deyilsə, bəs nədir? Belə olan halda hüqüq mühafizə orqanları niyə adı çəkilən şəxslər haqqında araşdırma aparmır?

Digər məlumatlara görə, ADAU-da saxta elmi adların paylanmasından tutmuş, adları müəllim gedib, özləri nə auditoriya, nə də tələbə tanımayan iri məmurlara saxta yollarla maaş yazılır. Təsəvvür edin ki, rektor İbrahim Cəfərov şəxsi iradə və maraqları ilə Gəncəbasarın bir çox yüksək vəzifəli şəxslərini ADAU-da “müəllim” adı altında birləşdirərək, onlara yarımştat dərs yükü bölüşdürülməklə aşkar qanunsuzluqlara, maliyyə pozuntularına da rəvac verib. Bu da Təhsilimizi uçuruma aparır.//Hurriyyet.az
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Oxunub: 371

Son xəbərlər

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşdı

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

“Makronun anti-Azərbaycan planı iflasa uğrayıb” - “Le Fiqaro”

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

D vitamini çatışmazlığının gözlənilməz əlaməti

İş adamı ilə Ədliyyə Nazirliyi arasında nə baş verir? - 3 milyonluq kredit mübahisəsi...

Siciliya Adalarında istirahətə yolanan təhsil rəhbərləri kimlərdir? ARAŞDIRMA

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Yemək büdcəmizi “yeyir”

“Qazprom” təsdiqlədi: Ermənistanın qaz kəməri Azərbaycanın nəzarətinə keçir

Bu ölkədə beş əsgərin ölümündən sonra hərbi təlimlər dayandırılıb

Qəhvə içmək bağırsaq xərçənginə yoluxma riskini azaldır — ARAŞDIRMA

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq — RƏSMİ

Qalada qanunsuz tikililər söküldü - FOTO // VİDEO

Əhməd təcridxanaya qaytarıldı

Parklanmadan daxilolmalar xərcləri qarşılamır - AYNA-dan AÇIQLAMA

Rusiya sanksiyalara görə Çin, Türkiyə və BƏƏ-dən neftin pulunu ala bilmir

Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər (VİDEO)

Sabah 21 dərəcə isti olacaq

Xocalıya ilk köçün tarixi açıqlandı

Bütün xəbərlər