Azərbaycanda çörək yenidən bahalaşacaq? - AÇIQLAMA

"Qazaxıstan buğda ixracatına qadağalar tətbiq edir. Mərkəz Asiya ölkəsi bunu qlobal qıtlıq təhlükəsi ilə əlaqələndirir".

"DogruXeber.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır:

"Bundan əvvəl də, 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də 3.5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırmışdı. Göründüyü kimi, dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur. Baş verənlər fonunda BMT dünyada 1.7 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağı barədə xəbərdarlıq edib. Hazırda dünya yeni aclıq riski ilə qarşılaşmaqdadır. Eyni zamanda, inkişaf etmiş ölkələrdə də ərzaq məhsullarının qiymətlərində artımlar sürətlənib. ABŞ-da illik infilyasiya 8.5 faizədək yüksəlib ki, bu da 1981-ci ildən sonra ən yüksək göstəricidir. Birləşmiş Krallıqda da son 30 ildə ən yüksək infilyasiya qeydə alınıb".

Buğda ixracatlarına qadağaların Azərbaycana necə təsir edəcəyinə gəlincə, deputat bildirib ki, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı, mətbəxdə xüsusi paya malikdir.

"Ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var. Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər, həmçinin, digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir. Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur və buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30 faiz bahalaşmışdı".

Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycan strateji məhsul ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb:

"Bununla yanaşı, Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb. Və bu proses davam edir. Belə ki, sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb. Preventiv olaraq, Azərbaycan strateji məhsullar ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb. Nazirlər Kabinetinin məlumatına görə, strateji ərzaq məhsulları ilə bağlı qıtlıq təhlükəsi yoxdur. Hökumət istehlak bazarında tarazlığın qorunub saxlanılacağını bəyan edib. Bunlarla yanaşı, dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib".

V.Bayramov əlavə edib ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır:

"2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənilir. Aydındır ki, dünyada bazarındakı qiymət artımları fonunda idxal infilyasiyası qaçılmazdır. Etiraf etmək lazımdır ki, bu ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infiliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi.

Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Artıq Hindistandan buğda idxalı ilə bağlı danışıqlar aparılır. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Ukrayndakı müharibənin dünya bazarında yaratdığı qeyri-müəyyənlik isə dərinləşməkdədir".


Oxunub: 151

Son xəbərlər

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

Azərbaycanda benzin və dizel istehsalı AZALIB

Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Azərbaycanda qaz tarifləri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Şənbə gününə olan hava proqnozu

Azərbaycanda dollar bahalaşa bilərmi? - AÇIQLAMA

Cinayət törədən qadınların sayı artıb

Azərbaycan-İran sərhədində atışma: Yaralanan var

Məktəbli Formalarının Satışa Çıxarılacağı Vaxt Açıqlanıb

Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR...

Prezident və xanımı Qobustana getdi

"Türkiyə bilməlidir ki, odla oynayır" - İranlı diplomat

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA

Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb

BMT-dən ciddi xəbərdarlıq

Bütün xəbərlər