Nazir bu cinayət əməllərindən xəbərsizdir?!-VİDEO

Ekologiya və " səlahiyyətli əməkdaşlarının Təbii Sərvətləri" Nazirliyi...

Hər gün gördüyümüz, oxuduğumuz, izlədiyimiz, şahidi olduğumuz "ağac biznesləri", həmçinin təbiətimiz üzərindən baş tutan digər biznes sahələri qurum haqqında hər kəsdə bu cür düşüncə formalaşdırır.

Artıq bir neçə müddətdir ki, "DogruXeber.az" informasiya portalında, eləcə də digər sosial media və sosial şəbəkələrdə ölkənin müxtəlif yerlərində - istər paytaxt Bakıda, istərsə də digər şəhər və rayonlarda yaşıllıq ağaclarının məqsədli şəkildə kəsilməsi, ekologiyanın çirklənməsi - bir sözlə təbiətə qəsdən ziyan vurulduğu barəsində məlumatlar yayımlanır. Hətta, aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şəxsən də məlumatlar bildirmişik. Amma.....

"Amma"sını biz də bilmirik. Deyəsən, bu "Amma" dedizdirən səbəb, sözügedən nazirliyin səlahiyyətli əməkdaşlarının yaratdığı əmmalarla bağlıdır.

ETSN-nin isə "əlindən yalnız susmaq gəlir"...

Biz - yəni, bir çox sosial informasiya portalları, öz növbəmizdə, səlahiyyətlərindən sui istifadə edib, ekologiyadan sərvət qazanan nazirlik əməkdaşlarının adlarını da dəfələrlə çəkmişik. Nə yazıq ki, məlumatlara aidiyyatı qurumun özü deyil, elə adı çəkilən nazirlik əməkdaşları özləri reaksiya verir, yaxud açıqlama (əgər, açıqlama demək olarsa...) gətirirlər. Təbii ki, bu kimi hallar çox "nadir" hallarda baş verir. Əsasən, ümumiyyətlə yayılan məlumatlara əhəmiyyət vermirlər. Çünki, onlar da özbaşına hərəkət etməyiblər. İcazə, yaxud tapşırıq aldıqları bir yer vardır vardır əlbət.

Məsələn, nazirin əmisi oğlu olduğu deyilən Füzuli Babayevin iki saata 24.000 (iyirmi dörd min) AZN istədiyini yazdıq, məlumat yayımlanandan aylar sonra Füzuli Babayevin dediyi yeganə söz bu oldu ki, "Mən nazirin əmisi oğlu deyiləm".

Ola bilər. Amma, əmisi oğlu olmasa da onun taa "Socar"da işlədiyi dövrdən nazir Muxtar Babayevə "suyunun şirin gəldiyindən", Muxtar Babayevin nazir təyin edilən kimi, onu da öz yanına gətirdiyindən, hətta bir çox fikirlərini məhz onunla bölüşüb, onunla məsləhətləşdiyindən xəbərdarıq ki, bu da onların nə dərəcədə yaxın olduqlarının isbatıdır.



Bundan əlavə, Cənub meşələrini məhv edənlərin "himayədar"ı, dolayısıyla bu cür cinayət tərkibli əməllərdə əsas qüvvə olduğu deyilən Nazir müavini Vüqar Kərimov desək, o da öz "işində-gücündə", hər zamankı "fəaliyyətinin başında"...



Atalar yaxşı deyib, "balıq başdan iylənər"...

Yeri gəlmişkən, "DogruXeber.az" bildirir ki, sosial şəbəkələrdə 7 saylı Şəki regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin fəaliyyətsizliyi (ya da şəxsi məqsədlərinə uyğun fəaliyyəti) barədə videogörüntü yayımlanıb.



Gördüyünüz kimi vətəndaş bildirir ki, 7 saylı Şəki Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarətində olan ərazilər üzrə şəxsən şahidi olduğu yüzlərlə qanunsuz ağac kəsimi barəsində məlumat verib. Lakin, hər dəfə də sözügedən idarənin rəisi Namiq Yusifov onu yayındırmaq üçün müxtəlif səbəblər (bəhanələr) gətirib.

Görünür, gah "ora bələdiyyə ərazisidir", gah da "o ağaclar şəxsi həyətlərdən kəsilib" deyən rəis ya özü işinin nələrdən ibarət olduğunu bilmir, ya da ona o sualı verən şəxsləri "bisavad" hesab edib.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az


Oxunub: 551

Son xəbərlər

“İnternational Medical Center 1” xəstəxanasında yeni doğulmuş körpənin taleyindən xəbər yoxdur - BU NƏDİ BELƏ?!

“Qərb Qazaxıstanın müstəqilliyini qoruyur” — Rəsmi Astanadan Rusiya və Çinə qarşı ŞOK AÇIQLAMA

Rusiya NATO-ya qarşı müharibəyə hazır olduğunu AÇIQLADI

Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edildi - SƏRƏNCAM

Rusiya Haaqa Tribunalından yayınmaq üçün Əlcəzairlə saziş imzalamaq istəyir

“Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi

Türkiyədə Ermənistan-Azərbaycan sülh prosesi müzakirə edilib

HƏMAS girov götürdüyü iti də azad etdi

İran prezidenti niyə Türkiyəyə getməyib? - Səbəb AÇIQLANDI

Amerikanın hərbi təyyarəsi okeana düşdü

"Tərtər işi” ilə bağlı həbs olunan hərbçilərə HÖKM OXUNDU

Zelenski “İlin xəyalpərəsti” elan edildi

Polşa buna görə Finlandiyaya qoşun göndərir

Hərbçilərin aylıq vəzifə maaşları 20 faiz artırılacaq

Deputat ezamiyyə xərclərinin artırılmasını təklif edir

Azərbaycan nefti bahalaşdı

Erməni deputat Bakıda yaşamaq istəyir

Bu günə olan valyuta məzənnələri

Putin bunu xəyanət adlandırdı

Qurban Qurbanov ilk maaşını açıqladı

Rusiyadan Ukraynanın təzminat istəyinə CAVAB

Cəlal Arutyunyanla bağlı cinayət işi məhkəməyə göndərildi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edildi

Məhkəmə "Kanal 13"ün rəhbəri barəsində qərar verdi

Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi - ƏMR

Sabah üç rayonda qaz olmayacaq

Bu uşaq evində uşaqlar soyuq su ilə çimizdirilir - VİDEO

Möhbalıyev "həmkarlara" ayrılan vəsaitin artırılmasını istədi - Putyovkalar 30 faiz bahalaşdı

Bank Akif Çovdarovun şirkətlərini məhkəməyə verdi — 9 milyonluq borc

Azərbaycanda orta və yaşlı əhali peyvənd olunacaq

Bütün xəbərlər