Samux təhsilində acınacaqlı mənzərə... - NAZİRİN NƏZƏRİNƏ...

DogruXXeber.az: - Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənovanın özbaşınalığı haqqında sosial şəbəkələrdə müxtəlif yazılar dərc olunur. Buna baxmayaraq Təhsil Şöbəsinin müdiri yenə öz çirkin əməllərindən əl çəkmir. Üstəlik, o, prezident İlham Əliyevin tapşırığını da kobud şəkildə pozur.

Qeyd edək ki, prezident tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "MARAFON" işaxtarma vasitəsi ilə Qarabağ qaziləri, Şəhid ailələrinin işlə təmin olunması haqda göstəriş verilib. Lakin Nurlana Həsənova ölkə başçısının tapşırığını kobud şəkildə pozaraq, digər şəxsləri “Marafon” vasitəsilə deyil, dolayı yolla Təhsil şöbəsinə tabe olan məktəblərdə işlə təmin edir. Bu da qanun pozuntusudur. Çünki Qarabağ qaziləri, Şəhid ailələrinin üzvlərinin ilk öncə işlə təmin olunması haqqında prezidentin göstərişi vardır. Amma bu göstəriş Samux rayonunda icra olunmur.

Digər məlumata əsasən, Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Samux rayonu üzrə baş mühasibi və Samux Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova, Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Samux rayon bölməsinin rəhbəri ilə birlikdə, Samux İdarəsinə məxsusu olan məktəblərdə əsassız yerə müəllimlərdən pul tuturlar.

Adı çəkilən şəxslərin əlbir olaraq, Samux rayon Təhsil İdarəsinə məxsus məktəblərdən, məzuniyyət vaxtı müəllimlərin maaşından 2 % faiz, digər vaxtlarda isə hər ay 1 % faiz pul tutlmaları haqqında əsaslı faktlarımız mövcuddur.

Yazıda adı çəkilən şəxslərin məktəblərdən müəllimlərin ərizəsi olmadan, rəsmləşmədən, onların əmək haqqından məzuniyyət vaxtı pul tutmasının əsası odur ki, məzuniyyət vaxtı pulun məbləği yüksək olduğundan, müəllimlərim narazılığına səbəb olmasın və belə pulların mənimsənilməsinə asanlıqla nail olsunlar. Bu, hal hal-hazırda da davam edir. Bu isə korrupsiya deyilsə bəs nədir?

Qanunsuz pul tutulmaları artıq bir neçə ildir davam edir, aidiyyəti orqanlar araşdırma aparsa, o zaman cinayət yolu ilə əldə edilmiş pul külli miqdarda vəsaitlərinin mənimsəməsi faktı təsdiqini tapar.

Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, Baş Prokurorluq araşdırma aparsa, yazılanlar öz təsdiqini tapar. //hurriyyet.az//


Oxunub: 136

Son xəbərlər

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

“Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin qəbuluna başlanıldı

Xalq artistini erotik videolarla şantaj edirlər

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Daha 79 nəfərin xarici diplomu tanınmadı

Bu qəzet və saytlara maliyyə ayrıldı - SİYAHI

Çexiya Azərbaycana yeni səfir təyin etdi

Aparıcı efirdəki bu hərəkəti ilə media qanunlarını pozdu - Cəzası nədir?

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Yaxın günlərdə hava necə olacaq?

Sabahdan əlillik dərəcəsi yeni meyarlarla müəyyənləşəcək

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir? Yaxud kölgə iqtisadiyyatının “kölgə adamı”

Qubanın 2- ci Nügədi kəndində gizlənən 10 milyonluq “Macara” oteli: Qubalıların başına hansı məcaraları gətirir? - VİDEO

Həyətində çətənə bitkisi yetişdirən Ucar rayon sakini saxlanılıb

İranda vəbaya yoluxma artıb

Bütün xəbərlər