Bir Modelin Iki Nazirlə Verdiyi Poz: Yeni “Ulduz” Parlayır…

"DogruXeber.az" bildirir ki, yaxın günlərdə ölkədə yeni bir “uğur hekayəsi” ortaya çıxacaq. Adı da yəqin ki, “bir modelin yüksəlişi” olar, ya da hər nə olursa olsun, motivləri əvvəlkilərdən fərqlənməyəcək. Həmin model efirlərə çağırılacaq, saytlar ondan yazacaq və o da keçdiyi kəşməkəşli həyat yolundan bəhs edəcək. Daha sonra cəmiyyətə ağır öyrədəcək və sair və ilaxır.

Bu günlərdə keçirilən tədbirlərin birində müdafiə sənayesi naziri Mədət Quliyev və mədəniyyət naziri Anar Kərimovun yanında poz verən vokalist model Nəzrin Zərbəliyevanı görəndən sonra belə bir ssenarinin tezliklə reallaşacağına şübhə qalmır. Axı indiyə qədər bir çoxlarının məhz nazirlərimizin yanında poz verməklə, yaxud onların dəstəyi ilə “mədəniyyət və incəsənət xadimi” olması, ən azı “sənətçi” kimi gündəmə gəlməsi sirr deyil. İstər müğənni olsun, istər model, zaman-zaman cəmiyyətə sırınan, daha sonra xalqa ağıl öyrədən belələrinin “uğur hekayələri” bəllidir.

Hörmətli nazirlərimiz Mədət Quliyev və Anar Kərimovun şəstlə şəkil çəkdirdikləri Nəzrinin də bəxti yəqin ki fərqli olmayacaq. Fotolara baxanda da bu aydın görünür. O haqda da sual yaranır ki, həmin model nazirlərimizlə foto çəkdirib, yoxsa nazirlərimiz onunla. Bu da müəmmalı və ayrı bir məsələdir.

Bir foto deyib üzərindən keçmək olmur. Çünki ölkənin Müdafiə Sənayesi Nazirliyi kimi strateji sahəyə rəhbərlik edən bir nazirin belə gündəmə gəlməsi doğrudan da düşündürücüdür və bu, birinci dəfə də deyil. Hörmətli nazir indiyə qədər də rəhbərlik etdiyi sahələrdən daha çox, bu cür məsələlərlə gündəmə gəlib. Bu baxımdan, təəccüblü deyil, amma heç də qəbul edilən olmamalıdır. Müdafiə sənayesi nazirinin bir azyaşlı vokalçı ilə yayılan fotosu nə o nazirlik, nə də dövlət üçün o qədər də xoşagələn deyil.

Deyə bilərsiniz ki, Anar Kərimov mədəniyyət naziridir və onun belə bir foto çəkdirməsi “öz işidir”. Hərçənd ki, sual yaranır: nazirin yanında poz verən xanım kimdir axı?! Hansı işlərə imza atıb?! Araşdıra və tapa bilərsiniz ki, həmin xanım nə məşhur modeldir, nə də incəsənət xadimi, yaxud mədəniyyətimiz naminə nəyəsə imza atmayıb. Sadəcə geyinib-keçinib tədbirə gəlib və nə təsadüf ki, iki hörmətli nazirimizlə foto çəkdirmək şərəfinə nail olub.

Bəllidir ki, bu, məhz həmin xanımın “önünün” açılmasına, məşhurlaşmasına xidmət edən addımdır. Əslində bu kimi hallara qarşı mübarizə aparmalı olan mədəniyyət nazirinin gənc xanımın yanında sevinclə poz verməsi yumşaq desək, heç də yaxşı hal deyil.

Məhz bu foto yuxarıda qeyd etdiyimiz ssenarinin yaxın günlərdə ortaya çıxacağı və “bir modelin yüksəlişi” hekayəsi ilə nəticələnəcəyini deməyə əsas verir. Gözləyin, yeni “ulduz” doğur və bir azdan həmin “ulduz” hər kəsə yuxarıdan aşağı baxmağı, cəmiyyətə ağıl verməyi də öyrənəcək! // Xəbəral.az


Oxunub: 470

Son xəbərlər

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? — Siyavuş Novruzov

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

"Xəzər TV"nin məşhur verlişi bağlanacaq

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI

ABŞ İsrailin İrana zərbə endirməsini dəstəkləir

Sabah 30 dərəcə isti olacaq

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

"Satınalmalarda ciddi problemlər mövcuddur" - Vahid Əhmədov

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Tuskdan Zelenskiyə sui-qəsddə Rusiyaya kömək edən polyakın həbsinə reaksiya

Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - "Observer Online" yazır

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Bədənimizdəki şişlər nədən xəbər verir?

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

"Əli Kərimli və ətrafı Prezidentdən üzr istəməlidir" - Deputat

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Vüqar Gülməmmədov parlamentdə hesabat verir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

Azərbaycan nefti ucuzlaşdı

“Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur

Bütün xəbərlər