gundem / idman
3.05.2022, 16:00
“Qarabağ” bu gün çempionluğunu rəsmiləşdirə bilər
DogruXeber.az: - Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
İlk oyun günündə iki qarşılaşma keçiriləcək.
Şamaxıda şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 20 xalla 6-cı, paytaxt klubu 14 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Günün ikinci qarşılaşmasında lider "Qarabağ" "Sabah"ı qəbul edəcək. 58 xala malik olan "Qarabağ"a çempionluğu rəsmiləşdirmək üçün heç-heçə də kifayət edəcək. 35 xalla "Qəbələ" ilə birlikdə 4-5-ci yerləri bölüşdürən qonaqlar isə avrokubok iddiasını davam etdirmək niyyətindədir.
Qeyd edək ki, tura mayın 4-də keçiriləcək "Zirə" - "Qəbələ" və "Sumqayıt" - "Neftçi" oyunları ilə yekun vurulacaq.