“Berlin pub”da müştərini öldürən mühafizəçiyə kimlər “day-daylıq” edir? - İDDİA

DogruXeber.az: - 2021-ci ilin avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində baş verən qətl hadisəsi ilə bağlı məhkəmə prosesi acı bağırsaq kimi uzandıqca uzanır.

Belə ki, kafenin mühafizəçisi 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlu dostları ilə ora dincəlməyə gələn Vüqar Mustafayevi döyərək onun qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməklə ölmünə səbəb olub.

Aylardan bəri davam edən məhkəmə prosesində kimlərinsə tapşırığı ilə yekun nəticə əldə olunmur.

Çünki məhkəmənin gedişatı bunu deməyə əsas verir.

Neçə müddətdir işi aparan məhkəmə kollegiyası zərərçəkmişlə təqsirləndirilən tərəf arasında nəinki balansı yaratmır, yaratmağa maraq da göstərmir.
Məhkəməyə sədrlik edən hakimin qatilin vəkilinin özünü müdafiəçidən çox məhkəminin hakimi kimi aparmasına şərait yaradır.
Bu azmış ki, hakim az qala təqsirləndirilənin vəkili kimi tez-tez prosesə müdaxilə edərək, zərərçəkmiş tərəfin suallarını protokola daxil etmir.
Görürnən o ki, hakim Xətai Rayon Prokurorluğunun zərgər dəqiqliyi ilə operativ apardığı xuliqanlıq niyyətilə adam öldürmə cinayət işinin maddəsini dəyişməklə qatilin cəzasız qalmasını təmin etmək arzusundadır. Əgər belə olmasaydı hakim 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəni 126.3-cü maddəyə dəyişməyə cəhd etməzdi ki, bu da özün də ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmanı ehtiva edir.
Axı hakimin borcudur ki, bir insanın ölümünə səbəb olan günahkarın islah olması üçün layiq olduğu cəzanı versin.
Əgər belədirsə, hakimin kafeyə dincəlməyə gələn müştərini döyüb ölümünə səbəb olan birisinin cəzasız qalmasına çalışmasına nə ad vermək olar?
Bir məsəslə də maraqlıdır ki, o boyda qətl hadisəsi törədilib, amma “Berlin Pub”un sahibi və administratoru məsuliyyətdən kənarda qalıb. Bir məkanın mühafizəçisinin əsas görəvi əsayişi qorumaq, müştərilərin təhlükəsizliyini təmin etməkdir. Məgər bu div boyda insanları işə götürərkən onların vəzifələri izah olunmayıb?
Belə çıxır ki, “Berlin Pub”un sahibi boynuyoğun idmançıları həmin məkana ona görə cəlb edib ki, müştərilərin təhlükəsizliyini onları döyüb öldürməklə təmin etsin…
Bu işdə digər maralı məqam isə ittiham aktında göstərildiyi kimi kafeyə dincəlməyə gələnlərin qadınsız içəri buraxılmamasıdır. Məgər “Berlin Pub” priton zaddır ki, orda qadınsız dincəlmək, yaxud əylənmək olmur.
Ona görə də, hakimin bu məhkəmə prosesində özünü qanunun aliliyini qorumağa cavabdeh olmaqdan daha çox hər vəchlə təqsirləndiriləni canfəşanlıqla müdafiə etməsi göstərir ki, qatilin cəzasız qalmasına özü nəyə görəsə maraqlıdır. Nəyə görə, bunu artıq onun vicdanına buraxırıq.
Biz də öz növbəmizdə məsələni gündəmdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //“Aktualxeber.az”//


Oxunub: 155

Son xəbərlər

Yunanıstanda meşə yanğını başladı

Ərdoğan və Stoltenberq telefonla danışdı

Kirill Budanov: “Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq"

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb

Zelenski Ukraynanın Gürcüstan və daha dörd ölkədəki səfirlərini geri çağırıb

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

"Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunacaq" - Stoltenberq

Bank sektorunun xarici öhdəlikləri artıb

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ

HADİSƏÖtən sutka 51 yanğına çıxış olub - FHN

Ermənistanda hökumətlə mərkəzi bank arasında gərginlik: kredit verilmir

Altı məktəbin ali təhsilsiz direktor müavini işdən çıxarıldı

Sabah bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Sabahdan ərik ucuzlaşacaq

Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...

"Xüsusi bir şəbəkə var, bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir" - Fəzail Ağamalı

“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!

Azərbaycan nefti bahalaşdı

Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR

BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat

Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...

İnstagramda yeni funksiyalar yaradılır

İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu - FOTOFAKT

Xalq artistinin 70 illik yubileyi keçirilib

Daşınmaz əmlakı daşıtdıran nazir müavini kimdir?

Parlament Zəngilanda qızıl yataqlarına dair Sazişi təsdiqləyəcək

"Rusiya ilə münasibətlər yüksək səviyyədədir" - Nazir

Ukrayna Ali Radasının sədri Putinə səsləndi

Köçəryan ümumerməni fonduna daxil olmaqdan imtina etdi

Bütün xəbərlər