Əmrullayevin əmrindəki TƏHSİLİMİZ... - AXIRI BELƏ OLUR...

Bu gündən 1-ci sinifə qəbul qeydiyyatına başlanıb. Lakin hər il olduğu kimi yenə valideynlər çaşqınlıq içərisində, məktəblərin qapılarında danışıqlar aparmaqda, direktorlarla sövdələşməkdədirlər. Hər nə qədər təhsil naziri Emin Əmirullayev bütün uşaqların onlayn qeydiyyatla məktəbə qəbul olunduğunu bildirsə də, yenə də bu sistemdə ənənəvi problemlər və çirkablar qalmaqdadır.

"DogruXeber.az" TİA.Az-a xəbər verir ki, onlayn şəkildə evinin yaxınlığından məktəb və müəllim seçimi edə bilməyənlər, əsasən rayon qeydiyyatında olan valideynlər məcburiyyətdən qeyri-rəsmi danışıq aparmalı olurlar.

Nəticədə rüşvətə böyük meydan açılır. Araşdırma qrupu yazır ki, hazırda Bakının əksər məktəblərində şıdırğı qeydiyyat alveri gedir. Məktəb direktorları, müəllimlər və valideynlər arasında bir rüşvət piramidası qurulub. Bu prosesdə Bakı şəhər Təhsil İdarəsi aparıcı rola malikdir. Ona görə nazir Əmirullayev təhsildə islahatlar aparmaq üçün müəyyən qədər yeniliklər ortaya qoymağa, ideyalar verməyə çalışsa da, tezliklə neqativ halları aradan qaldırmaq mümkün olmur. Çünki oturuşmuş və köhnə bir idarəçilik sistemi var – təhsil şöbələri, direktorlar buna öyrəşiblər. Bu mənada böyük pullar dövr efir və həmin pullardan imtina edə bilmirlər. Misal üçün Ağcabədi rayon sakini paytaxtda mağazada satıcı işləyir, özü 15 ildir Zabratda kirayədə yaşayır.

Bu zaman övladını qeydiyyat olmadığı üçün ərazi üzrə ən yaxın məktəbin onlayn qeydiyyatından keçirə bilmir. Valideyn məcbur olur ki, ya məktəblə dil tapıb, “hörmət” etməklə uşağı məktəbə yazdırsın, yaxud da digər bir məktəbdə bu sövdələşməni etsin. Təsəvvür edin ki, bu cür hallar saysız-hesabsızdır. Səbəb Bakıda minlərlə rayon qeydiyyatında yaşayınların olmasıdır. Bu da məktəb direktorları üçün böyük bazar açmağa zəmin yaradır. Xüsusən bu hallar rus dili bölməsi ilə bağlı yaşanır.

Bir tərəfdən yerlərin dolu olduğu bildirilir, bir yandan direktorlar rüşvət almaqla problemi çözür, nə sirrdirsə dərhal boş yer tapırlar. Hər il təkrarlanan bu özbaşına hallar yenə də yaşanmaqdadır. Ancaq fərdi şəkildə, tək-tək məktəbləri təftiş etməklə problemi yoluna qoymaq mümkün deyil. Bu məsələdə Təhsil Nazirliyinin və şəxsən Əmirullayevin iradəsi, konkret proqramı olmalıdır. O halda sistemli iş aparmaq mümkündür. Bizsə nazirliyin təhsildə islahatları çox ləng, effekti zəif, daha çox kosmetik şəkildə aparıldığını müşahidə edirik.


Oxunub: 143

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər