Azərbaycanda dolların “qara bazar”ı açılıb - AÇIQLAMA

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 30,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Bu isə daha əvvəl keçirilən hərraclarda dollara olan tələbatdan aşağıdır. Son olaraq 28 Aprel 2022-ci il tarixində keçirilən valyuta hərracında tələb olunan 44 milyon ABŞ dolları tam təmin edilib. Qeyd edək ki, son zamanlarda keçirilən hərraclarda dollara tələbatın azalması diqqət çəkir. Buna müxtəlif səbəblər göstərilir. Hətta quru sərhədlərinin bağlı olması və insanların xaricə gedə bilməməsinin dollara olan tələbatı azaltdığı qeyd olunur.

Maraqlıdır, ölkəmizdə dollara tələbatın azalması nə ilə bağlıdır?

Bununla bağlı “Cümhuriyət”ə açıqlamasında iqtisadçı alim Fuad İbrahimov bildirib ki, hərraclarda dollara tələbatın azalması təkcə quru sərhədlərinin bağlı olması və ya turizm faktoru ilə əlaqəli deyil:

“Nəzərə almaq lazımdır ki, ölkənin idxal həcmində və biznes mühitində müəyyən azalmalar var, o cümlədən ticarət dövriyyəsinin ümumi azalması da var. Bunlar hamısı dolayı yolla valyutaya olan tələbatın azalmasına səbəb olur. Üstəlik, bu göstəricilərin özünün şəffalığında belə xəta var. Yəni valyuta satışında müəyyən məhdudiyyətlər yarandığı üçün artıq “qara bazar” formalaşır. Hazırda keçmiş dövrdən fərqli olaraq “qara bazar” sosial şəbəkələrdə dövriyyəni tənzimləyir. Yəni bu gün dollara tələbatın azaldığı görünsə də, həmin yeri məhdudiyyətlər nəticəsində “qara bazar” alıb”.


Oxunub: 312

Son xəbərlər

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Bütün xəbərlər