Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur

Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur.
Xalqımıza bəslədikləri kin-küdurəti 30 il ərzində fauna və floramızdan da əsirgəməyən düşmənlərimiz məqsədli şəkildə ərazilərimizdə ekoloji terror törədiblər. Onlar özlərini nə qədər aldatmağa çalışsalar da bu ərazilərin onların olmadıqlarını və bir gün bu torpaqların həqiqi sahiblərinin gələcəyini bilirdilər.
Mənfur düşmənlərimiz işğal etdikləri ərazilərimizdə qeyri-qanuni fəaliyyətlər göstərərək təbii ehtiyatlarımızı istismar etmiş, mədəniyyət abidələrimizi dağıtmış, meşə fondumuza ciddi zərər vermiş, içməli su mənbələrini, çayları çirkləndirmiş və ərazilərimizi mina tarlalarına çevirmişlər. Bütün bunların bu ərazilərdə ciddi ekoloji problemlərin yaranmasına gətirib çıxarması hətda Ermənistanın özünün ekoloji təşkilatlarını narahat edirdi.
Azad olunmuş ərazilərimizdə, 43 min hektar ərazisi olan Qubadlı, Laçın, Daşaltı, Arazboyu yasaqlıqları, Bəsitçay və Qaragöl quruqlarında işğaldan öncə adları “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş çox sayda fauna və flora mühafizə olunurdu ki, onların əksəriyyəti artıq tamamilə məhv edilib və ya məhv olunmaq üzrədir.
Haqq-ədalət nə vaxtsa bərpa olunmalı idi.
30 il bu ədalətsizliklə barışa bilməyən xalqımız nə vaxtsa öz tarixi torpaqlarına qovuşacağına əmin idi. Ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət, iqtisadi inkişaf və nizami ordu quruculuğu öz bəhrəsini verdi. Yetişən vətənpərvər gənc nəsil öz sərkərdələrinin ətrafında sıx birləşərək təcavüzə məruz qalan vətənin müdafiəsinə qalxdılar. 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində aparılan 44 günlük Vətən müharibəsi şanlı zəfərimizlə nəticələndi və ərazi bütövlüyümüz bərpa olundu.
Müzəffər Ordumuz tərəfindən işğal altından azad olunan torpaqlarımıza səfər etmək qüruru yaşamış bir azərbaycanlı olaraq olduğum ərazilərdə düşmənin maddi-mədəniyyət abidələrimizlə yanaşı, mülki obyektlərə xaincəsinə etdikləri vandalizm izlərinin şahidi oldum. Təcavüz nəticəsində yerli sakinlərin yalın ayaqla tərk etməyə məcbur olduğu yaşayış məntəqələrimizdə evlərin məişət əşyalarının talanması bir yana, tikililərin mişar daşlarına qədər sökülüb daşınması dəhşətli bir mənzərədir.
Müzəfffər Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük haqq müharibəmizdə işğaldan azad olunmuş ərazilərdə artıq yenidənqurma işlərinə start verilməsi çox qürurludur. Ərazilərimiz minalardan təmizlənir, müasir standartlara cavab verən infrastruktur layihələri həyata keçirilir. Təcavüz nəticəsində bu ərazilərdən zorla çıxarılan keçmiş məcburi köçkünlərimiz Cənab Prezidentimizin qətiyyəti sayəsində tezliklə əzəli və əbədi torpaqlarımıza geri dönəcəklər.
Xalqımızın birliyi və Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün dəymiş ziyanın aradan qaldırılacağına və şəhidlərimizin qanı, igid oğullarımızın şücaəti sayəsində azad olunan torpaqlarımızın dədə-babalarımızdan müqəddəs miras olaraq qorunub gələcək nəsillərə ötürüləcəyinə əminik.
Tarix və mədəniyyət abidələrinin qorunması, insan hüququqlarının müdafiəsi, ekoloji problemlərin araşdırılması ilə məşğul olan beynəlxalq təşkilatlar tərəfindən 30 ilə yaxın işğal altında olan ərazilərimizdə törədilən əməllərin obyektiv araşdırılacağına və beynəlxalq müstəvidə düzgün hüquqi qiymət veriləcəyinə əminik.
İlkin Əliyev
YAP Zərdab Rayon Təşkilatının sədri.


Oxunub: 462

Son xəbərlər

“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Yeddinci hissə

Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır

Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim

Vahid pasport sistemi yaradıldı

İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı

Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!

Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib

"Zümrüd Residence"də bədbaxt hadisə - 8 yaşlı uşaq öldü

Goranboyda hərbi maşını qəzaya düşdü

Boğazına arı gedən milyarder öldü

Zakir Həsənov İrana başsağlığı verdi

Paşinyan: Bakı ilə sülh müqaviləsi üzrə məsləhətləşmələr aparırıq

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir

Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?

Rusiya Azərbaycana təşəkkür edib

Qurtuluş gününün havası

"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur" - Hikmət Hacıyev

İsrailin zərbəsi nəticəsində 60 nəfər ölüb

“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir

Xətaidə konsert proqramı təşkil olundu - VİDEO+FOTO

“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!

 Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR

6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT

Kölgədə qalanlar: diplomlu, bacarıqlı, işsiz…

İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

İki cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bütün xəbərlər