Eyni mənzili bir neçə nəfərə satan MTK rəhbəri HƏBS EDİLDİ

“Star-M” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Baş Prokurorluqdan "DogruXeber.az"a verilən məlumata görə, istintaqla həmin MTK-nın təsisçisi və sədri, eyni zamanda “ŞANS” MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilmiş 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaqın aparılması, digər təqsirli şəxslərin qanunsuz əməllərinin ifşa olunması, habelə vətəndaşlara vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilir.


Oxunub: 148

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər