Kremlin səfində yer alan İrəvan HƏDƏFƏ ÇEVRİLƏCƏKMİ? - Bunu Bakı etsəydi...

Dünyanın gözü hələ də Rusiya Ukrayna müharibəsindədir. Dünya dövlətlərinin böyük bir hissəsi Rusiyaya müxtəlif sanksiyalar tətbiq etməklə, Ukraynaya müəyyən yardımlar göstərməklə Rusiyanın hücumlarının, Ukraynadakı insan təlafatlarının qarşısını almağa çalışırlar. Belə bir zamanda Ermənistan isə Ukraynadakı separatçılara yardımlar edir.
Ermənistanın Ukraynaya qarşı atdığı bu addım nəyə hesablanıb?
Ermənistan bunu Rusiyanın təzyiqlərindən sıyrılmaq üçün, yoxsa Rusiyanın Ukraynadakı cəbhədə məşğul olması və Ermənistanın daxili-xarici siyasətinə müdaxilə gücünün qalmaması üçün edir? Dia.az-ın məlumatına görə, Azərbaycan Yüksəliş Partiyası Başqan müavini Mirzə Rəşad Bakuvi Bizimyol.info xəbər portalına açıqlaması zamanı bildirib ki, ermənilər dünya miqyasında çox kiçik bir toplum olsalar da, daim ağlagəlməz həddə mümkünsüz görünən böyük ideallarla yaşamışlar, hədəfləri hər zaman boylarını çox aşıb. Məhz buna görə də daim gözləri başqalarının torpaqlarında olub, o torpaqları ələ keçirmək üçün hər kəslə hər formada anlaşmaya gedə biliblər və bundan ötrü hər cür avantüralara yol verməkdən çəkinməyiblər.

“Bu gün də, hətta 21-ci əsrdə, artıq dövlətlərin beynəlxalq hüquqla sərhədlərinin müəyyənləşdiyi müasir dövrdə belə, hamıda gülüş doğuran xülyalarından - "dənizdən dənizə Böyük Ermənistan yaratmaq" axmaqlığından əl çəkmək istəmirlər. Bu mənada mən Ermənistan adlı dövləti "əldəqayırma dövlət" hesab edirəm, çünki bu dövlət dediyimiz təsisat, bizim sahib olduğumuz böyük coğrafiyada biz Türklərlə əbədi nifaq içində olan müxtəlif qlobal güc mərkəzlərinin 20-ci əsrin əvvəllərində yaranmış qarışıq geosiyasi çıxılmazlıqlardan istifadə edərək, min illər boyu sahib olduğumuz əzəli torpaqlarda qurduqları sözəbaxan dövlətcikdir.

Necə ki, zaman-zaman yenə bölgənin Türk dövlətlərinə qarşı ocaq qurdalayan qara maşa kimi istifadə olunub. Ermənistan ona görə hələ yarımçıq, tam özünü dövlət kimi ifadə edə bilməyən əldəqayırma təsisatdır ki, bu günə qədər dərin dövlətçilik ənənələrindən irəli gələn beynəlxalq anlaşmalara, müqavilələrə, hüquqa sadiq olmaq xüsusiyyətindən məhrumdur, özünü dalaşqan ərköyün cığal uşaq kimi aparıb, dəfələrlə pozuntulara yol verməklə verilən bütün sözlərə xilaf çıxıb. Bu mənada Ermənistanın bu gün də dövlət ola bilmə problemləri var.

Məsələyə məhz bu konteksdən yanaşanda biz görürük ki, ümumiyyətlə, ermənilərin Ukraynanın ərazi bütövlüyünün pozulması və suveren ərazisinin bir hissəsini itirməsilə müşayiət olunan savaşda faktiki işğalçılıqla məşğul olan Rusiya Federasiyasının yanında yer alması, hər şeydən öncə ermənilərin özlərinin işğalçılıq xislətindən, başqalarının torpaqlarına sahib olmanı özləri üçün doğal bir strateji hesab etmələrindən irəli gəlir. Yəni Ermənistan və ermənilər mahiyyət etibarilə genetik və şüuri olaraq bir işğalçı kodeksinin daşıyıcılarıdır”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın Ukraynada separatizmlə məşğul olanlara yardım etmələri barədə məlumatların olması zərrə qədər məndə təəccüb və şübhə yaratmır, çünki məlum qövmün özü məhz separatçı elementlərin daşıyıcısıdır, bunsuz yaşaya, mövcud ola bilmirlər.

“Tarixə varsaq, 1800-cü illərin ortalarından sonra, daha çox məhz elə ruslar tərəfindən bölgəmizə yerləşdirilən ermənilərin onlara himayədarlıq edən böyük güclər qarşısında ən ciddi öhdəliyi, məhz bölgənin müxtəlif yerlərində terrorla məşğul olmaq, mümkün olduqca isə silahlı separatizm ocaqları yaratmaq olub, mükafatları isə ən son, prezidentin təbirincə desək, Azərbaycanın əzəli torpaqlarında Ermənistan adlı oyuncaq dövlət qurmalarıdır.

Ermənistanın məğlub olduğu 44 günlük Vətən savaşından öncə Rusiyadan pay aldığı "Su-30" döyüş qırıcılarını pilotları ilə birlikdə Ukraynaya savaşa, Kremlin əmrinə göndərdiyi barədə skandalı yada salaq. Ümumiyyətlə Ermənistan iqtisadi cəhətdən elə bir acınacaqlı vəziyyətdədir ki, onların separatçılara hansı resurslarla nə kimi yardım etmələri də maraq doğurur. Əslində, bütün bunlar ürək bulandırmaq, daha çox düşmən qazanmağa xidmət edən səylərdir ki, bunun da acı nəticələri olacaq, çünki bu gün Rusiyaya, onun Ukraynada başlatdığı separatizmə dəstək vermək, yardım etmək, dolayısı ilə bütün mütərəqqi Dünyaya savaş açmaq, beynəlxalq hüquqa qarşı olmaq deməkdir. Ümumiyyətlə, ermənilərin və Ermənistanın himayədarı təkcə Moskva deyil, Paris və Vaşinqton da müəyyən miqyasda erməniləri və Ermənistanı "saxlayan", idarə edən, fərqli geosiyasi planlarda onlardan istifadə edən paytaxtlardır. Elə ona görə də, ermənilər çox rahatdırlar, bütün addımlarında hamının həzzini doyurmaq üçün hamının işinə yaramağa çalışır, bu planda hamıya xidmət edir ki, nə şiş yansın nə kabab, biri ilə münasibət korlananda digərinin qucağına atılsın. Davranışlarındakı arxayınlıq burdandır. Yəni ikili, hətta üçlü oyunlara girirlər bilə-bilə ki, heç bir tərəf onu buna görə çox məzəmmət etməyəcək. Niyə? Çünki anlayırlar ki, erməni olaraq bölgədə yerləşdirilmələri və dövlət olmalarının bir ana, fundamental səbəbi var: Türk coğrafiyasını bölmək, parçalamaq və daim nifaq salmaqla regionu gərginlikdə saxlamaq, təzyiq mexanizmi kimi qalmaq.

İndi də ermənilərin, Rusiyanın Ukraynanın bölünməsini şərtləndirən addımlarının nəticəsi olaraq meydana çıxan qondarma "Donetsk və Luqansk Xalq Respublikaları" separatçı qurumlarına müxtəlif kanallarla yardımlar etməsi həm müttəfiqi olan Rusiyanın yanında olmasını göstərmək, himayədarı ilə münasibətləri tam korlamamaqdırsa, digər bir ciddi səbəbi Qarabağda bu gün də davam etdirdikləri separatçı siyasətin təmsilçisi qondarma "Artsax"ın rəhbərliyinə ümid verməkdir ki, bəlkə elə bir şərait yaranar ki, bir gün Rusiyanı Qarabağda bu qondarma təsisatı hüquqi olaraq tanıtmağa sövq etmək mümkün oldu. Moskvanın da dar ayaqda sözünə baxmayan Azərbaycanı cəzalandırmaq üçün bu prosesə Cənubi Qafqazda olan maraqlarını qorumaq baxımından isti yanaşma ehtimalları var. Zatən bu gün görürük ki, Azərbaycanın beynəlxalq hüquqla suveren ərazisi olan Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiyaya məxsus sülhməramlı qüvvələr də öz missiyalarından kənarlaşmaqla, barış üçün gəldikləri bölgədə separatizm meyllərinə göz yumurlar və bundan, təbii olaraq, ermənilər əlavə ilham alırlar.

Qətiyyən inanmıram ki, Ermənistanın Ukrayna separatçılarına yardım etməsi guya Rusiyanın xoşuna gəlməklə yanaşı Kremlin diqqətini Ermənistanda baş verən daxili ictimai-siyasi proseslərdən, xarici siyasətin müəyyənləşməsi prosesindən yayındırmağa, guya bu dövlətin Moskvanın iti caynaqlarından qoparılması cəhdi olsun. Səbəbi budur ki, əvvəla Rusiyanın Ermənistanda böyük hərbi bazası var və bu, gözardı edilə bilməz, ciddi təzyiq mexanizmidir. İkincisi, Rusiya çox böyük, hibrid resurs imkanları çox geniş olan dövlətdir və ətraf qonşu ölkələrdə elə bir dərin əlaqələrə malik geniş agentura şəbəkəsinə malikdir ki, hətta başı Ukraynada qızğın bir münaqişəyə qarışmış vəziyyətdə də, başqa dövlətlərdə aranı qarışdıra, sabitliyi poza, istədiyini edə bilər, ümumiyyətlə oradakı maraqları ilə əlaqədar nəzarət mexanizmlərini hərtərəfli işə salmaq və idarə edə bilmək iqtidarındadır. Nümunə olaraq, ən son biz bunu Qazaxıstan olaylarında da gördük. Elə son günlər Ermənistanda müxalifətin Paşinyan hakimiyyətinə qarşı davamlı oturaq mitinqlərə, küçə yürüşlərinə başlamasında Kremlin barmağının olması ehtimalı da az deyil. Ermənistan Rusiya üçün elə bir marionet dövlətdir ki, ermənilərin bu gün ruslara xoş gəlmək üçün elədikləri nə varsa strateji hədəflərini dəyişmələrinə görə yox, köləlik, vassallıq sədaqətindən irəli gələnlərdir. Çünki Ermənistanın dövlət kimi mövcud olmasına görə ermənilər məhz Rusiyaya borcludur, əks halda, belə bir dövlət olmamalı idi. Prezident Əliyevin ən son dediyi "Ermənistan bizim irəli sürdüyümüz 5 şərtlik sülh müqaviləsini qəbul etməsələr, biz rəsmən Ermənistanın ərazi bütövlüyünü tanımayacağımızı elan edəcəyik" fikri və ardınca məhz 1918-ci il Cümhuriyyət xəritələrini xatırlatması boşuna deyilmiş fikirlər deyil, bütün bunların hüquqi-tarixi əsasları, bazası var. Yəni erməni qövmü ağıllarını başlarına yığmasalar, tarixi İrəvan xanlığının ərazilərini aid olduğu Azərbaycana qaytarmaq hədəfini ortaya qoya bilərik deyir Əliyev. Bu mənada ermənilərin və Ermənistanın zaman-zaman özünü qoruyub saxlamaq üçün Rusiyanın əmrlərini yerinə yetirməsinin altında özfəaliyyətdən çox sədaqət, aman-aman rusların sözündən çıxmamaq dayanır. Bütün bunlarla yanaşı, Qərblə də ipləri tamamilə qırmamaq üçün icazəli həddə onlarla münasibətlərə göz yumur Kreml. Ancaq son vaxtlar Ukrayna böhranı fonunda Qərbin əlaqələrini tamamilə qırdığı Rusiyanı Cənubi Qafqazdan da sıxışdırıb çıxarmaq üçün Ermənistan kartından istifadə etməsi aşkardır. Qərb birmənalı olaraq Ermənistandan tərəfini seçməyi tələb edə bilər. Bundan ötrü Azərbaycanla sülh bağlamağı sürətləndirmək rəsmi Yerevanın qarşısında yeganə çıxış yolu kimi dayanır.

Təsadüfi deyil ki, ATƏT-in Minsk Qrupunun dağılmasına üzülən RF XİN Sergey Lavrov açıq mətnlə dedi ki, əgər Paris və Vaşinqton Qafqazda ermənilərin hüquqlarını müdafiə etməkdən boyun qaçırırlarsa, bu, onların seçimidir, biz işimizi davam etdirəcəyik, yəni Rusiya olaraq erməniləri qorumağı, hüquqlarını müdafiə etməyi vəzifə borcumuz olaraq yerinə yetirməyə davam edəcəyik. Bu isə o deməkdir ki, rəsmi Kreml üçün Cənubi Qafqazda erməni maşası hər zaman ocaq qurdalamaq üçün lazımdı ki, bölgənin xalqları arasında hər hansısa barış və sülhdən, birgəyaşayışdan söhbət gedə bilməsin. Ermənilər bu planda seçim qarşısındadırlar indi”.

Müsahibimiz açıqlaması zamanı xüsusi olaraq qeyd edib ki, ermənilər üçün din və kilsə mənəvi, ruhsal bağlılıqdan çox, məkrli siyasətlərini həyata keçirməkdən ötrü bir güclü birləşdirici alət olub hər zaman.

“O mənada ermənilərin öz din qardaşları ukraynalılara qarşı atdığı bu naxələf addımlarda dini təəssübkeşlik elementləri aramaq yersizdir. Ruslar öz slavyan qardaşlarını öldürürsə, onlara qarşı faktlarla sübut olunmuş soyqırım həyata keçirirsə, torpaqlarını zəbt edirsə, dünyada terroru və soyqırımları az həyata keçirməmiş ermənilərdən nə gözləməliyik?

Nə qədər qəribə və ziddiyyətli görünsə də, tarix boyu indiki baş nazir Nikol Paşinyan ermənilər və Ermənistanın başına gəlmiş ən yaxşı hadisədir və tövsiyəm budur ki, reallıq hissini itirməmiş ağlı başında olan ermənilər bu Paşinyanın ətəyindən bərk yapışsınlar. Tamamilə qopara bilməsə də, bu adam və komandası Cənubi Qafqazın digər ölkələrinin də maraqlarına cavab verən Avroatlantik məkanla ciddi inteqrasiya içində olan münasibətlərə malik bir dövlət qurmaqda maraqlı görünür. Avroatkantik məkanla münasibətlər isə qonşu dövlətlərlə sabit, mehriban qonşuluq siyasəti, çoxşaxəli sıx iqtisadi əlaqələri, dövlət siyasəti olaraq müharibəni, separatizmi, terroru pisləməyi özündə ehtiva etdiyi üçün, Paşinyanın bu istiqamətdə atdığı kövrək addımlar Moskvada qəzəblə qarşılanır. Paşinyan ölkəsinin daha qara maşa, cinayət aləti olmasını istəmir. Bu mənada da Ermənistanın Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Kremlə dəstək verməsi, onun yanında yer almasını bir növ təzyiqlərin qarşısını almağa yönəlik meyl hesab etmək olar. Ancaq müharibənin Ukraynanın, dolayısı ilə Putin isteblişmentini yıxmağı qarşıya məqsəd qoymuş kollektiv Qərbin aşkar qələbəsi ilə bitməsi ehtimalı gücləndikcə, Ermənistanın Rusiyanın, konkret desək, Putinin avantüralarının sonadək dəstəkçisi olacağı az inandırıcıdır. Təsüdüfi deyil ki, hələ müharibənin ilk həftələrində Rusiyaya dəstək verən və ya buna meyllənmək istəyən ölkələrə qarşı da cəhənnəm sanksiyalarının tətbiq olunacağı barədə ABŞ-da bir siyahı açıqlandı, orada Ermənistanın da adı var idi. Yəni, Vaşinqton artıq rəsmi Yerevana öz yumşaq xəbərdarlığını çatdırıb. Ermənistanın Ukraynadakı separatizmə, eləcə də Rusiyanın Ukraynada apardığı işğalçılığa açıq dəstək verməsi onun sonu ola bilər, o dərəcədə ki, heç Kreml də xilas edə bilməz. Bunu isə Ermənistanda bilməmiş deyillər”.


Oxunub: 139

Son xəbərlər

Dollar yeni həftəyə belə başlayacaq

Bakıda etiraz aksiyası

Meymunçiçəyinin müalicə üsulu açıqlandı

Dələduzluğun yeni növü... - Diqqət!

Müharibə veteranlarının müavinəti artırılmalıdır

Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

“Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin qəbuluna başlanıldı

Xalq artistini erotik videolarla şantaj edirlər

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Daha 79 nəfərin xarici diplomu tanınmadı

Bu qəzet və saytlara maliyyə ayrıldı - SİYAHI

Çexiya Azərbaycana yeni səfir təyin etdi

Aparıcı efirdəki bu hərəkəti ilə media qanunlarını pozdu - Cəzası nədir?

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Bütün xəbərlər