“Sülhməramlıları çıxarsanız, müstəqilliyinizi sual altına qoyarıq” - Rus ekspertdən Azərbaycana TƏHDİD

usiya heç bir zaman nəinki Azərbaycanın, ümumiyyətlə heç kimin dostu olmayıb. Səbəbsiz yerə “ayı” ləqəbini də qazanmayıb. Çünki heç bir məsələni dinc və ya diplomatik yolla həll etməkdə maraqlı deyil. Nəticədə, çevrəsində və çevrəsindən kənarlara hücumlar etməklə, qətliamlar törətməklə tanınıb.

Ukraynada burunu bərk əzilən Rusiya, bir tərəfdən vəziyyətdən necə çıxmağın yollarını axtarmalı olduğu halda, digər tərəfdən də həyasızlığını yerə qoymur. Üstəlik, prosesi Ukrayna ilə yekunlaşdırmayıb, qonşu dövlətlərə də hədə gəlməyə başlayıb. Sırada Azərbaycan da var. Düzdür, Kreml bunu hələlik açıq şəkildə demir. Amma adamları vasitəsi ilə mesajlarını çatdırır.

Rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov iddia edir ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın qələbəsi baş tutmaya bilərdi.

“Çünki Rusiya Qarabağın hüquqi-coğrafi sərhədlərində, Gümrüdə hərbi birləşmələr yerləşdirə və hərbi ssenarinin qarşısını almaq və tərəfləri sülh danışıqlarına stimullaşdırmaq üçün hərbi əməliyyatları dayandırmağın zəruriliyini bəyan edə bilərdi”.

Tarasov daha sonra Rusiyanın rolunu bir qədər önə çəkərək, deyib ki, Moskva Bakıya ikinci Qarabağ müharibəsində qələbəyə səbəb olan bəzi mühüm nüanslar verdi.

“Rusiya Ankaranın vasitəçiliyindən tamamilə imtina edə bilərdi. Amma yenə də Rusiya buna getmədi. Buradan 5 il ərzində sülhməramlılar faktoru yaranıb, indi Bakı onların müvəqqəti olduğuna eyham vuranda, biz Gülüstan müqaviləsini, Türkmənçay müqaviləsini yada salacağıq. Bunun kimin torpaqları olduğunu xatırlayacağıq. Mən Bakıya belə oyunlar oynamağı məsləhət görmürəm. Onlar əldə etdiklərinə görə minnətdar olmalı və Rusiya sülhməramlıları məsələsində çox diqqətli davranmalıdırlar”.

Rus ekspert bunun ardından tədidlərini davam etdirib. O deyib ki, Azərbaycanlılar danışıqlar aparmalı, ermənilərə aydan yadplanetli kimi baxmamalıdırlar.

“Bunlar rayonun avtoxton insanlarıdır, qədim tarixə malikdirlər. Anklavlar məsələsini həll etmək lazımdır, Qarabağ erməniləri ilə necə davranmaq lazım olduğunu müəyyən etmək lazımdır. Əgər onlar Azərbaycan vətəndaşıdırsa, münasibətinizi dəyişin, Azərbaycan vətəndaşı deyillərsə, müvafiq status verin. Onlar çalışırlar ki, əks hərəkətlərdə hamıdan üstün olsunlar, Qərbdən üstün olsunlar, Moskvadan üstün olsunlar. Ukrayna artıq bu oyunu oynayıb. Zaqafqaziyada vəziyyəti qaynar nöqtəyə gətirməyə ehtiyac yoxdur ki, Moskva ayılsın, həm də öz hüquqlarını bəyan etsin”.

Və Tarasov bu təhdiləri ilə kifayətlənməyib, daha da irəli gedərək, Azərbaycanın Rusiya ərazisi olduğunu, İranla danışıq apararaq, müstəqilliyimizə son verə bilcəklərini də dilə gətirib.

“Qarabağ 1813-cü ildə Rusiya imperiyasının tərkibinə daxil oldu. İstəsəniz də, istəməsəniz də, bu bir faktdır. Onda Azərbaycan yox idi. Bunlar Fars imperiyasının tərkibində olan xanlıqlar idi. Türkmənçay müqaviləsinin denonsasiyası məsələsini dəfələrlə gündəmə gətirən İranla danışıqlarda Azərbaycanın özünün mövcudluğunun statusu məsələsini qaldıra bilərik. Bu oyunları oynamaq lazım deyil, daha sadə, daha sadiq, daha ağıllı olmalısınız”. //jamaz.info//


Oxunub: 126

Son xəbərlər

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Yaxın günlərdə hava necə olacaq?

Sabahdan əlillik dərəcəsi yeni meyarlarla müəyyənləşəcək

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir? Yaxud kölgə iqtisadiyyatının “kölgə adamı”

Qubanın 2- ci Nügədi kəndində gizlənən 10 milyonluq “Macara” oteli: Qubalıların başına hansı məcaraları gətirir? - VİDEO

Həyətində çətənə bitkisi yetişdirən Ucar rayon sakini saxlanılıb

İranda vəbaya yoluxma artıb

İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib

Sabah 38° isti olacaq

Mərhum qazinin ailəsi 9 ildir sığorta pulu ala bilmir - GİLEY

Rüstəm Usubov Hacı Məmmədovun bandasını ifşa etməkdən yayınıb? - İLGİNC

Bakı Bəyannaməsi qəbul edildi

Xameneyiyə tapınan müəllimə əməlli-başlı QAN-QAN DEYİR... - “Salam, Fərmaneh”

DYP onlara qarşı nəzarət gücləndirilir

"Hesab edirəm ki, bunun da zamanı yetişib" - Dövlət başçısı

Azərbaycan nefti bahalaşdı

Bütün xəbərlər