AQTA sahibkarların QƏNİMİNƏ ÇEVRİLİB... - Prezidentə müraciət olundu

Bir qrup sahibkar Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin onlara yaratdığı əngəllərdən söz açıblar.

"DogruXeber.az" Anaxeber.info-ya istinadla bildirir ki, sahibkarlar dövlət rəhbərindən AQTA bəlasından xilas olmaq üçün yardım istəyiblər. Onların sözlərinə görə, iqtisadiyyatın inkişafı üçün həyata keçirilən dövlət proqramı sahibkar olaraq onları sevindirir. "Bu gün dünya böhran içərisində olduğu bir vəziyyətdə Azərbaycanda çoxçeşidli kənd təsərrüfat məhsulları istehsalı və ixracı ölkəmizin bu böhran içərisində dayanıqlı qalmasınin əsas amillərindən biridir. Lakin bəzi qurumların səriştəsiz qərarlar alması nəticəsində öz məhsulumuzu ölkə ərazisindən kənara çıxarılmasını təmin edə bilmirik. Bunun da ən başlıca səbəblərindən biri Qida Təhlükəsizlik Agentliyinin yaratdığı sistem maneəsidir"-deyə müraciətdə qeyd olunur. Bildirilir ki, keçən il pomidor məhsulunun ixracı zamanı yaranmış böhran nəticəsində çox sayda istixanalarda olan məhsullar xarab olaraq kanallara atıldı, sahibkarlara milyon manatlarla zərər dəydi: " Bu qurumun tətbiq etdiyi kvota ixraca dəstək yox, zərər oldu. Yüzlərlə qeydiyyatdan keçmiş istixanalar pomidor əkməkdən imtina etdilər. Xırda qeydiyyatdan keçməmiş minlərlə istixana pomidor istehsalına başlasa da, onların qeydiyyatı olmadığından məhsulların ixrac edilməsi çox çətinlik yaradır. Yəni qeydiyyatda deyilsə məhsul ixracı mümkünsüzdür. Dəfələrlə bu barədə sözügedən agentliyə bildirilib. Amma məsələni qaydaya salmaq üçün heç bir addım atılmır. Sən Qida Təhlükəsizliyində qeydiyyatdasansa məhsul ixrac edə bilərsən, qeydiyyat yoxdursa sahibkarın istehsal etdiyi pomidorun aqibəti məlum deyil. Ən çox ixrac etdiyimiz ölkə Rusiyada bu qeydiyyatla bağlı bir maneə olmadığı halda Qida Təhlükəsizliyinin kənd təsərrüfatı ixracına bu cür münasibəti hansı maraqlara qulluq edir? Ölkəmizdən ixrac edilən məhsul ölkəyə valyuta gətirdiyi halda, istehsalçının öz məhsulunun bəhrəsini görmək istəməsi, qeyri neft sektoru içərisində kənd təsərrüfatı məhsulunun ən önəmli yerlərdən birini tutduqu halda Qida təhlükəsizliyinin nə kimi marağı var? Ölkədə tək pomidor deyil, kartof və digər məhsullar belə maneələr içərisində ixrac edilir. Hazırda 60-a yaxın vaqon pomidor ixracı var ki, sənəd ala bilməmək səbəbindən ixrac edə bilmirik. Cənab Prezident, Sizdən xahiş edirik, mövsümi xarakterli məhsul olan pomidor, kartof məhsulunun bu sayaq çətinliklərlə ixrac edilməsini nəzarətə götürün.

1.Hummətov Qaçqın Şura 051 736 83 03
2 Hidayətov Zöhrab Raqub 0504223111
3 Bədəlov Asif Marif 0556655553
4.Şirinov Elvin Valeh 0773170010
5 Həşimov Ələmdar
6 Həşimov Hamlet//dia.az


Oxunub: 426

Son xəbərlər

Fazil Mustafanın SON DURUMU

Bu istiqamətlər üzrə onlayn bilet almaq mümkün oldu

İran casus şəbəkəsinə qarşı daha bir əməliyyat - "Ustad ruhani" saxlanıldı

Lavrov Qarabağ məsələsini müzakirə etmək üçün aprelin 6-7-də Türkiyəyə səfər edəcək

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

Avstriyada müxalifət Zelenskinin çıxışı zamanı parlamenti tərk etdi

Misir Xeops piramidasını turistlər üçün bağlayır

ABŞ İrana təzminat ödəyəcək

Türkiyədə əyani tədrisə keçid edilir

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bir səlahiyyətini itirdi

Yeni tikilən evlər necə qazlaşdırılır? - VİDEO

Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı

“İcazə” blanklarının dövlət sərhədində kvotadan kənar verilməsi ləğv edilib

Günəşdə yeni X sinifli partlayış baş verdi: Yerdə hansı problemlərə səbəb oldu?

Yeni Agentliyin fəaliyyət istiqamətləri məlum oldu

Toyota rekord sayda avtomobil satıb

70 milyon illik nadir skelet rekord qiymətə satılacaq

London dünyanın əsas maliyyə mərkəzi kimi yeganə lider olmaqdan çıxdı

ABŞ Azərbaycan hakimiyyətini yenidən siyasi məhbusları azad etməyə çağırır

Peskov: Putinin Akkuyu AES-də Türkiyəyə səfəri ilə bağlı dəqiq qərar yoxdur

Zelenski Baxmut uğrunda mübarizənin vacibliyini vurğulayıb

Ticarət katibinin köməkçisi Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyəyə səfər edəcək

Nashville atışmasından sonra "düşüncələr və dualar" kifayət deyil

Blinken İran və Əfqanıstanda qadınların əzmkarlığından danışıb

İran-Səudiyyə razılaşmasına nüvə proqramı, Yəmən üzrə razılaşma daxildir

TPP Britaniyanın üzvlüyünə razılaşmağa yaxın, 1-ci genişlənmə

Qazaxıstanlılar ən çox nədən ölürlər

Myanma xuntası devrilmiş lider Suu Kyinin partiyasını ləğv edib

Nazirlər Kabinetində yeni adlar vəzifəyə gələcək

Çin və ABŞ Ukrayna müharibəsinə son verə bilərmi?

Bütün xəbərlər