gundem / siyaset
13.05.2022, 13:30
DİN-də yeni TƏYİNAT - ƏMR
Daxili işlər orqanında kadr dəyişikliyi olub.
"DogruXeber.az" xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Şəhriyar Orucov Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.
O, həmin Baş İdarənin 4-cü Polis Bölməsinin rəis müavini təyin olunub. //Oxu.az//