Neftçalada balıqçılarla görüş keçirilib

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "DogruXeber.az"a verilən məlumata görə, ekoloji sabitliyin, bioresursların qorunması, balıqların kürütökmə dövrü ilə əlaqədar qəbul edilmiş qadağalara balıqçılar tərəfindən riayət edilməsi və onları maraqlandıran məsələlərin müzakirə olunması məqsədilə Neftçalada bir qrup sakinlə görüş keçirilib. Görüşdə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin və Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon Prokurorluğun və Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Keçirilən görüşdə balıqçılarla kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna moratorium qoyulmasına toxunulub. Bildirilib ki, qəbul edilmiş qərarla əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan moratorium bir müddət davam edəcək. Bu müddət ərzində hər bir balıqçı qaydalara ciddi riayət etməli, balıq artımının qarşısının alınmasına yönəlmiş heç bir hərəkətə yol verməməli, xüsusən su hövzələrini çirkləndirən sintetik torların, balıq artımının qarşısının alınmasına təsir edən digər vasitələrin yığışdırılmasına öz dəstəklərini verməlidirlər. Ona görə balıq ovu ilə məşğul olan sakinlərin üzərinə böyük məsuliyyət düşür.
Çıxışların sonunda idarə əməkdaşları qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin və yerli polis şöbələrinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edərək, qaydaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəyini bildiriblər.

Neftçalada balıqçılarla görüş keçirilib

Neftçalada balıqçılarla görüş keçirilib


Oxunub: 80

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər