Rus sülhməramlılar terrorçunun “baş keşiş”liyinə niyə şərait yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...

DogruXeber.az: - Kəlbəcərdə Rusiya sülhməramlılarının nəzarətində qalan Kolətək kəndindəki “Akopavank” adlanan məbədə terrorçu erməni baş keşiş təyin olunub. Erməni apostol kilsəsinin qondarma “artsax” eparxiyası tərəfindən baş keşiş təyin olunmuş Ovannes Ovannisyan birinci Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşub, oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak edib. (Moderator.az).

Qeyd edək ki, mayın 10-da Rusiya sülhməramlıları bu il ərzində ikinci dəfə erməni “zəvvarlar”ın Xudavəng məbədinə də ziyarətini təşkil edib. Bu haqda məlumat Rusiya Müdafiə Nazirliyinin saytında yer alıb. 2020-ci ilin dekabrında Azərbaycan tərəfindən Alban-udin xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunsa da və həmin icma nümayəndələri məbədimizi bir neçə dəfə ziyarət etsə də, erməni keşişləri daim orada qalmaqda davam edirdi. Lakin 2021-ci ilin mayından Azərbaycan Ordusu erməni zəvvarların işğal dövründə erməniləşdirdikləri bu qədim məbədimizə ziyarətinə qadağa qoyub. Həmin vaxta qədər ermənilər Rusiya “sülhməramlı”larının müşayiəti ilə məbədi ziyarət ediblər. Qarabağdakı “qədim erməni abidəsi” adlandırılan bütün digər tarixi abidələr, o cümlədən də Xudavəng məbədi də qədim Azərbaycan abidəsidir. İkincisi də məbədin olduğu ərazi tam şəkildə Azərbaycan dövləti və ordusunun nəzarəti və yurisdiksiyasındadır. Belə olduğu halda, terrorçu erməni keşişlər birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma daimi olaraq məbəddə yerləşdirilməli deyilmi? Terrorçunun Azərbaycan ərazisindəki “Akopavank” adlanan məbədə “baş keşiş” təyin olunmasının da arxasında əslində Rusiya sülhməramlıları dayanırmı? Bu da növbəti təxribat sayılmalıdırmı? Dia.az-ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, baş verənlər növbəti təxribatdır: “Əvvəla, Azərbaycan ərazisində olan istənilən məbədə təyinat Azərbaycanın müvafiq rəsmi orqanı tərəfindən olmalıdır. İkincisi, qanunsuz ”baş keşiş" təyin edilən erməninin terrorçu olduğu, Azərbaycan qanunlarını dəfələrlə pozduğu, silahlı dəstələrdə iştirak kimi cinayətlərə yol verdiyi faktları ortada var. Ovannes Ovannisyan hətta müharibə başa çatdıqdan sonrakı vaxtlarda da qanunazidd çağırışlar, nifaq toxumu səpən bəyanatlar səsləndirib. Yəni bu erməni terrorçu mahiyyətini hər zaman ortaya qoyub. Terrorçunun keşiş təyin olunması təxribat olmaqla yanaşı, həm də dini qaydalara da ziddir. Bütün bu qanunsuzluqlar isə müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşən Rusiya sülhməramlılarının məsuliyyət zonasında həyata keçirilir. Eyni zamanda biz vaxtaşırı olaraq Xudavəng monastrı ilə bağlı xoşagəlməz hallara rast gəlirik, davamlı olaraq oraya Ermənistandan “zəvvar” adı ilə ziyarətçilərin gəlişinin sülhməramlılar tərəfindən təşkil edildiyi müşahidə olunur. İndi də Kolətək kəndindəki “Akopavank” adlanan məbədə Azərbaycanın razılığı olmadan ermənilərin ziyarəti təşkil edilir. Oraya “dini xadim” adı ilə gələnlərin də Ovannes Ovannisyan kimi terrorçu, təxribatçı, cinayətkar olmadıqlarına heç bir zəmanət yoxdur. Bu cür qanunsuz hərəkətlər sülh prosesinə mənfi təsir göstərir".

Ekspertin sözlərinə görə, Ermənistan həm birinci Qarabağ müharibəsində, həm ikinci Qarabağ müharibəsində çalışıb ki, bu müharibənin dini zəmində münaqişə olduğu haqda dünyada rəy formalaşdırsın. Lakin buna nail ola bilməyib. Çünki Azərbaycanın tolerant ölkə olduğu, bütün dinlərə hörmətlə yanaşan dövlət olduğu dünyaya bəllidir: “Azərbaycan öz ərazisindəki bütün qeyri-islam dini abidələrinin də qorunmasını, orada fəaliyyətlərin qanunla və dini qaydalara uyğun olmasını təmin edən, şərait yaradan ölkədir. Ermənilər isə dini abidələrdən də daim öz çirkin niyyətləri üçün istifadə etməyə çalışıblar. Bu gün də eyni çalışmalarını davam etdirirlər. Özü də artıq qanunsuz hərəkətlərini Rusiya sülhməramlılarının gözləri qarşısında, hətta onların dəstəyi ilə həyata keçirirlər. Ona görə də hesab edirəm ki, Rusiya sülhməramlılarına müraciət ünvanlanmalıdır. Qanunlar bir daha onların nəzərinə çatdırılmalıdır və terrorçunun Azərbaycan ərazisindəki məbədə “baş keşiş” kimi buraxılmaması tələbi irəli sürülməlidir. Həmin şəxsin cinayətkar olduğu barədə bütün müfəssəl materiallar Rusiya sülhməramlılarının komandanlığına göndərilməlidir və onun məbəddən uzaqlaşdırılması tələbi qoyulmalıdır".//dia.az


Oxunub: 115

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər