Ermənistanın yubatdığı DANIŞIQLAR... - "Antiterror əməliyyatı həyata keçirmək lazımdır"

DogruXeber.az: - Paşinyan Ermənistanda baş verən proseslərin içindədir. Paşinyana da maraqlıdır ki, sülh müqaviləsi yubansın. Erməni siyasətçilərin səmimiyyətinə inanmaq olmaz. Onlar yalnız güc dilindən anlayır”.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın dəyişkən siyasəti və Azərbaycan tərəfinin atmalı olduğu addımları şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Paşinyan səmimi şəkildə Qarabağın Azərbaycanın tərkibində qalmasını istəmir:

“Azərbaycanda böyük bir əksəriyyət belə bir təbliğat aparırdı ki, Ermənistan siyasətində Paşinyan pozitiv adamdır. Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaq, Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyir. O, Qarabağın Azərbaycanın tərkibində qalmasında razıdır. Belə bir təbliğat gedirdi və bu, yanlış idi. Həmişə demişəm ki, bu yalnız təbliğatdır. Erməni siyasətçilərinə inanmaq, etibar etmək olmaz. Onların heç biri səmimi şəkildə Qarabağın Azərbaycanın tərkibində qalmasını istəmir. Ermənistanın konsepsiyası işğal üzərində qurulub. “Böyük Ermənistan” ideyası ilə yaşayırlar. Ona görə də onlara aldanmaq olmaz. Hərb meydanında qalib gəlmişik. Ermənistanın arxasında böyük bir qüvvə durub. Bu təkcə lobbi deyil. Dünyanın aparıcı gücləri indiyə kimi ikili standartla yanaşıblar. Avropa İttifaqı sabitlik istəyir. Ona görə məsələnin həll olunmasında maraqlı görünürlər.

Paşinyan bir müddət qulağa xoş gələn ifadələr işlədirdi. Ermənistanda mitinqlər başlayandan sonra yenidən ittihamlar səsləndirməyə başladı. O bildirir ki, Azərbaycan aqressiv davranır, qondarma qurumun təhlükəsizliyinə zəmanət vermir. İlk gündən də demişəm ki, Paşinyan Ermənistanda baş verən proseslərin içindədir. Paşinyan da maraqlıdır ki, sülh müqaviləsinin vaxtı uzansın. Sülh müqaviləsi imzalansa, anklavları tanımalı, komunikasiya xətlərini açmalıdırlar. Ancaq bu, Ermənistan siyasətinin əleyhinədir. Baxmayaraq ki, bu siyasət Ermənistana ziyandır, ancaq illərlə apardıqları siyasəti davam etdirmək istəyirlər. Paşinyan indi deyir ki, Avropa İttifaqı sülh müqaviləsi üçün bizi tələsdirirdi. Putinlə görüşdə bildirdi ki, təmkinli davranmaq lazımdır. Paşinyan açıq-aşkar deyir ki, Rusiya sülh müqaviləsi imzalamağa qoymur. Paşinyana da lazımdır ki, imitasiya etsin, Avropadan maliyyə alsın, Rusiyadan da təhlükəsizliyini təmin etsin. Ona görə də bunları düzgün hesablayıb qərar verməliyik. Azərbaycan Ermənistana müəyyən vaxt verməlidir. Hesab edirəm ki, Türkiyənin mövqeyindən də çox şey aslıdır.

Azərbaycan müəyyən qədər təmkinli davranmalıdır. Ancaq zamanı gələndə antiterror əməliyyatı həyata keçirmək lazımdır. Belə olan halda, dünya da, Ermənistan da, Rusiya da fakt qarşısında qalacaq. Ermənistan yalnız güc dilindən anlayır”.


Oxunub: 154

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər