Hikmət Hacıyev İstanbulda TDT-in toplantısına qatıldı

İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısı işə başlayıb.

"DogruXeber.az" xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə baş tutan tədbirdə ölkəmiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.

İclas heyət arasında media üçün qapalı şəraitdə görüşlərlə başlayıb. Daha sonra tədbirin rəsmi hissəsi keçiriləcək.

TDT-yə üzv dövlətlər, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv Macarıstan ilə Türkmənistanın dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığı təkmilləşdirməkdir.

Proqram çərçivəsində “Türk dünyasında dövlət diplomatiyasının yüksələn gücü: serialı-film sektoru”, “Türk dünyasının rəqəmsal gələcəyi: Metaverse”, “Türk dünyasının gələcəyə ortaq baxışı işığında yayım sektorunda əməkdaşlıq imkanları”, “Həqiqətdən kənar dövrdə dezinformasiya ilə mübarizə” mövzularında panel iclasların keçirilməsi nəzərdə tutulur.

Proqrama rəsmi nümayəndə heyətləri ilə yanaşı, türk dünyasından media və kommunikasiya qurumlarının rəhbərləri, ekspertlər, sənətçilər, sosial media fenomenləri, alimlər və iştirakçı ölkələrin müxtəlif təhsil müəssisələrinin kommunikasiya fakültələrinin tələbələri qatılacaqlar.


Oxunub: 133

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər