Şəkidə baş həkimin maşınını yandıran Muradın işinin TƏFƏRRÜATI

Şəki rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Əsədullayev Akif Fəxrəddin oğluna məxsus avtomobili benzin tökərək yandıran şəxsin şizofreniya formasında xroniki psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub. "DogruXeber.az" musavat.com-a istinadla xəbər verir ki, Şəki rayon sakini Əhmədov Murad Vaqif oğlu baş həkimin avtomobilinin arxa hissəsinə benzin tökərək yandırıb. Nəticədə baş həkimin maşınına 7 min manatdan çox zərər dəyib.

Murada qarşı Cinayət Məcəlləsinin 186.2.2-ci (qəsdən əmlakı məhv etmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

21 yaşlı Muradın baş həkimin maşınını yandırma səbəbi əlillik dərəcəsinin ləğv edilməsi olub. Muradın valideynləri bildirib ki, əlillik dərəcəsi kəsildiyi üçün Muradın dərmanları verilməyib. Həmin dərmanları da aptekədən almaq mümkün olmayıb və Muradın xəstəliyi ağırlaşıb.

Muradın valideynləri deyib ki, vəziyyəti ağırlaşandan sonra övladları özünü idarə edə bilməyib, təbii ehtiyaclarını belə qarşılaması mümkün olmayıb.

İstintaq zamanı Muradın bu cinayəti törədən zaman anlaqsız vəziyyətdə olduğu ekspert tərəfindən təsdiq olunub.

Məhkəmə araşdırması zamanı isə baş həkim Muraddan şikayətçi olmadığını, zərərlə bağlı tələbinin olmadığını söyləyib.

Şəki Rayon Məhkəməsi Murad barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edib.


Oxunub: 178

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər