Ordubadda camaat HAQQINI ALA BİLMİR... - GİLEY

"DogruXeber.az" bildirir ki, Ordubad rayonunda sığorta olunmuş əmlaka görə kompensasiya verilməsində süni maneələr yaradılır.

Bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Onlar deyir ki, sığorta etdirdikləri əmlaklarına ziyan dəydikdə ya ödəniş olunmur, ya da bunun üçün rüşvət tələb olunur.
Rayonun Sabirkənd kənd sakini Kənan Məmmədov deyir ki, ötən il mağazasında olan elektrik avadanlıqlarını məcburi sığorta ediblər. Bu yaxınlarda həmin avadanlıqlara ziyan dəysə də sığorta ödənişi ala bilmir:
"Rayon sığorta İdarəsindən gəlib dedilər ki, sığorta elədir, narahat olma, əgər ziyan dəyəcəksə, hamısı ödənəcək. 300 manat verdim, təhlükəsizlik kamerası da daxil, dükandakı elektrik avadanlıqlarını sığorta elətdirdim. Bir müddət öncə güclü külək əsdi, elektrik dirəkləri aşdı. Qısa qapanma nəticəsində dükandakı 250 manatlıq təhlükəsizlik kamerası yandı".
Kənan Məmmədov deyir ki, ziyanın ödənməsi üçün Ordubad rayon Sığorta İdarəsi ilə əlaqə saxlayıb. Lakin, ona bildiriblər ki, heç bir ödəniş olmayacaq:
" Həm yazılı müraciət etmişəm, həm şifahi. Zəng edib, idarə rəisi Rafiq İsmayılova şəxsən danışmışam. O mənə kobud cavab verdi, dedi ki, heç bir ödəniş olmayacaq, hara istəsən şikayət elə".
Adının çəkilməsini istəməyən digər rayon sakini isə deyir ki, dəymiş ziyana görə sığorta ödənişi üçün idarə rəisi ondan rüşvət istəyib:
"Sığorta etdirdiyim, təxminən 600 manatlıq avadanlığım qısa qapanmaya görə sıradan çıxdı. Sığortaya müraciət etdim, dedilər mümkün deyil. Axırda idarə rəisi dedi ki, bu şərtlə mümkün olar ki, ziyana görə ödəniləcək məbləğin yarısın mənə verəsən. Mən razı olmadım".
Məsələyə münasibət öyrənmək üçün Ordubad rayon Sığorta İdarəsi ilə əlaqə saxlamaq mümükün olmadı. İdarənin mövqeyini işıqlandırmağa hazırıq.


Oxunub: 118

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər