gundem / hadise / Cəmiyyət
16.05.2022, 10:00
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-dən "DogruXeber.az"a verilən məlumata görə, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.