"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

"DogruXeber.az" bildirir ki, Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbin müəllim kollektivi Xocavənd Rayon Təhsil şöbəsinə ərizə ilə müraciət edib.

Ərzidə bildirilir ki, kollektiv bu məktəbin direktoru ilə birlikdə çalışmaq istəmir. Həmçinin kollektivin yazdığı ərizədə göstərilir:

“Rəhbərimiz qadın müəllimlərlə kobud rəftar edir, qanunsuz işlər görür, vulqar ifadələr işlətməkdən çəkinmir. Tədris ilinin sonu olmasına baxmayaraq, hələ də istədiyi kimi cədvəli dəyişir, yazır, pozur. Bütün şagirdlər və valideynlər hər gün məktəbə şikayətə gəlir. Biz artıq cavab verə bilmirirk. Bu işlə maraqlanın!”

Kollektivin imzası ilə sosial şəbəkədə yayılan müraciətdə göstərilir ki, Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbinin direktoru İngilis Tağıyevin və müavini Hətəmxan Şirinov özbaşınalıq edir, müəllimlərə hədə-qorxu gəlir, tənqid və təhqir edərək onlara hər ay "hörmət" etmədikləri təqdirdə töhmətlə və dərs yükünün azaldılması ilə hədələyir:

“Direktor müəllimlərə “Gedin hara şikayət edirsiz edin” deyərək qeyri-etik sözlərlə təhqir edir. Bura kiminsə şəxsi müəssisəsidir, yoxsa dövlət müəssisəsi?” Bununla bağlı məktəbin direktoru İngilis Tağıyev Cebhe.info-ya bildirib ki, onun barəsində yazılanların hamısı yalandır:

“Mənim 66 yaşım var, özüm də xəstəxanada yatıram. Allaha and olsun, hamısı yalandır. Mənə zəng edib bu barədə məlumat verdilər. Mən artıq ərizəmi də yazmışam, çıxmışam, xəstəxanadayam, yalan sözdür. İndi müəllimdən dərs saatı alırlar? Hamısıının 27-28 saat dərsi var. Hər fəndən 1 müəllim var. Dərs saatı alanda, başqa müəllimə verəndə, vakant yer çıxardıldıqda nazirlikdən başqa müəllim gəlir. Mən dərs verənəm, buraya müəllim gətirənəm? Onu hamı bilir ki, vakant yer ver verməsən, müəllim göndərmirlər. O ki qaldı vulqar sözlərdən istifadəyə, Allaha and olsun ki,mənə elə bir şikayət də gəlməyib. Mənə bir söz deyilməyib. Bilmirəm nə iş görürlər? Hətəmxan müəllim məktəbin direktor müavinidir, dərsi o paylayır, mən də nəzarət edirəm. Heç birini dərs saatı azalmayıb. Ola bilməz ki, Hətəmxan müəllim də belə bir yanlışlığa yol versin. Bilinmir ki, sosial şəbəkələrdə yayan kimdir. Demirlər ki, onu kim yayıb. Mən təhsil şöbəsinə müraciət etdim, and içdilər ki, belə bir şey yoxdur”.

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL


Oxunub: 156

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər