Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

DogruXeber.az: - Şəkinin Qoxmuq kəndi ümumilikdə kifayət qədər su ilə təmin olunsa da, hazırda kəndin 60-a yaxın təsərrüfatı susuz qalıb. Səbəb isə 2 il əvvəl çəkilən Qoxmuq-Babaratma yoluna asfalt çəkilməsi zamanı su ötürücü borunun çıxarılması, inşaat işlərindən sonra isə yerinə qoyulmamasıdır.
Kənd sakini Nüsrət Cabbarov Sputnik Azərbaycan-a bildirib ki, sözügedən borunun çıxarılması 37 hektar taxıl əkinini, eləcə də tütün və tərəvəz sahələrini susuz qoyub.

"Su kanalımız var və 1000 hektar sahəni suvarmaq gücünə malikdir. Lakin yol çəkiləndə su borusunu çıxararaq kənara qoydular. Sonra da borunu yerinə qaytarmadan yolu asfaltladılar. O qədər su ola, torpağı sulaya bilməyəsən?!", - deyə N.Cabbarov qeyd edib.

Digər kənd sakini Şamil Davudov da deyir ki, suyun olmaması məhsuldarlığı yarıbayarı azaldıb. Onun sözlərinə görə, hər il bəzi kəndlilərin əkin üçün çəkdikləri 500-600 manata yaxın xərc havaya sovrulur.

"Əvvəllər 40 sentnerə qədər məhsul əldə edilən taxıl sahəsindən su olmaması səbəbindən indi heç 20 sentner də götürmək olmur. Tütünçülər, tərəvəzçilər isə su olmadığından sözügedən ərazidə, ən məhsuldar torpaqlarında da əkin əkə bilmirlər. Ötən il mənim sahəmə kombayn girmədi, bu il də problem həll edilməsə, yenə eyni vəziyyət yaranacaq", - deyə Ş.Davudov gileylənib.

Məsələ ilə bağlı Qoxmuq kənd bələdiyyəsindən Sputnik Azərbaycana-a bildirildi ki, sözügedən ərazidə su borusunun olmaması taxılçılıqda məhsuldarlığın aşağı düşməsi ilə yanaşı, tütünçülüyə və tərəvəzçiliyə ciddi mənfi təsir göstərir. Bələdiyyə üzvü Hikmət Cavadov deyir ki, problemin həlli üçün isə əlaqədar təşkilatların icazəsi lazımdır.
"Sözügedən yol 3-4 metr enində adi kənd yoludur. Asfalt örtüyünə dəymədən borunu yerinə qoymağa texnikamız yoxdur. Əgər icazə versələr, səliqə ilə asfaltı kəsərək sonradan bərpa edərik".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə sorğumuza bildirildi ki, kənd sakinləri məsələ ilə bağlı rəsmi qaydada quruma müraciət etməlidirlər. Qurumun əməkdaşları yerində əraziyə baxış keçirdikdən sonra sakinlərin problemi həll edilər.//dia.az


Oxunub: 147

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər