Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Yerli saytlardan birində yazır:
"İlham İsmayılov əsas vəzifələrə öz “kirvə”lərini təyin edir.
İcra başçısının ən sevimli “kirvəsi” şəhərin Baş memarı Etibar Abdullayevdir. İcra başçısının torpaq və obyekt yerlərinin satışı üzrə “sağ əli” Etibar Abdullayevdir.
İcra başçısının digər kirvəsi isə Mingəçevir Seçki Dairəsinin sədri Oqtay Məmmədovdur. İcra başçısı onu xidmətlərinə görə mükafatlandırıb və onun oğlunu özünə müavin götürüb.
Bir sözlə, Mingəçevirin icra başçısı İlham İsmayılov kor atını minib köndələn çapır, onun üçün qanun-qayda deyilən şey yoxdur."

Bu yazını oxuduqdan sonra "DogruXeber.az" olaraq, "kirvə siyahısı"na birini də biz əlavə etmək istədik. Belə ki, şəhərin idarəçiliyində İcra Hakimiyyətinən sonra, ikinci ən çox rolu olan (və ən gəlirli sahələrdən biri olan) qurumun - Şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev də İlham İsmayılovla kirvə imiş. Elə bu səbəbdən də "kürəyini dağ boyda kirvəsinə dayayan" Ramiz Əliyev tabeçiliyində olan üzvlərindən birinə - Rafael Məmmədova şəhər qəbristanlığında xüsusi görəv verib.
Qəbristanlıq müdiri Rafael Məmmədov həm də "xəzinədar" missiyasını yerinə yetirir.

Yerli sakinlərin bildirdiyinə görə, Rafael Məmmədov qəbristanlığa gəlib, 2 metr yer qazıb, dünyasını dəyişmiş yaxınını dəfn edənlərə "yer pulu" olaraq, elə qiymət oxuyur ki, sanki cənazə sahibi qazıdığı yeri əzizini dəfn etmək üçün deyil, "xəzinə küpü" çıxarmaq üçün qazıbmış.



Yuxarıda izlədiyiniz bu görüntülər Mingəçevir şəhər qəbristanlığıdır. Sakinlər arasında "Əli qəbristanlığı" da deyirlər. Kolluğun, qamışlığın arasından güclə görünən məzar daşlarını sezməsəydik, (orada uyuyan rəhmətliklərdən uzaq olsun) şəhər tullantılarının toplandığı yer zənn edəcəkdik az qala.

Görünür bu mənzərə nə başı məzar yeri satmağa qarşan "qəbristanlıq müdiri" Rafael Məmmədov, nə Rafael Məmmədovun yığdığı pulları təhvil verdiyi Bələdiyyə sədri Ramiz Əliyev, nə də şəhərin bütün istər abadlığında, istərsə də digər problemlərində cavabdeh olan, 14 ildir (10 il İcra başçısının birinci müavini, 4 il İcra başçısı) sözün əsl mənasında Mingəçevir şəhərinin "çörəyini doya-doya yeyən" İlham İsmayılov üçün maraqlı deyil.

Yeri gəlmişkən, bütün qeyd etdiyimiz məlumatları və görüntüləri bizə təqdim edənlər Mingəçevir şəhərinin köklü sakinləridir. Yəni, məlumatlar özgə yerdən gəlməyib. Onların sözlərinə görə qəbristanlıqda bir məzar yeri almaq üçün "qəbristanlıq müdiri", eyni zamanda bələdiyyə işçisi "Rafael Məmmədova 300 (üç yüz) AZN əlbə-əl pul veririk və buna görə bizə heç bir ödəniş qəbzi filan da verilmir. Biz səbəb öyrənmək istədik, dedilər bələdiyyəyə hər məzar üçün 40 (qırx) AZN köçürülməlidir ki, bu da tam qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinə ödənir. Ona görə mütləqdir."
Bəs görəsən, yerdə qalan 260 (yüz altmış) AZN hara gedir?

Bu sual isə yəqin ki, hələ uzun müddət cavabsız qalacaq.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 712

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər