“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

DogruXeber.az: - “Mən bu şəkili dörd il öncə rayonda çiyələk plantasiyasında çəkmişəm. Yəni çiyələyi yetişdirmək üçün otuzdan çox kimyəvi dərmandan istifadə olunur. Burda çiyələyi tez qızardan, yetişdirən, böyüdən, alaq otlarının, həşaratların qarşını alan çoxsaylı dərmanlar var. Yəni belə bir dərmanlarla əmələ gələn çiyələklər əlbəttə, təhlükəlidir və bunlardan çox yemək olmaz”.
Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspert ölkəmizdə yetişdirilən çiyələklərin tərkibində müxtəlif cür kimyəvi dərmanların olduğunu bildirib:

“Təəssüf ki, standartlarla zərərli maddələrin miqdarı göstərilir, lakin heç bir istehlakçıya deyilmir ki, hansı dozada bu səni zəhərləyə bilər. Bu bütün dünyada gizli qalmış bir məsələdir. Sənaye üsulu ilə bazar üçün işləyən fermer çiyələyini istədiyi qədər böyüdür və məhsul müştəriyə "gəl-gəl" deyir. Ona görə insanlar çiyələkdən və digər meyvələrdən çox istifadə etməsinlər. Hətta mövsüm zamanı da kənd təsərrüfatı malları təhlükəli ola bilər. Kiçik, yumşaq, tez xarab olan çiyələklər yerli çiyələkdir. Əlbəttə, çiyələk torpaqla təmasda olduğu üçün hər bir nemətin mənbəyi olan torpaq həm də təhlükəli mikoorqanizmlərin mənbəyidir. Çiyələklər özləriylə təhlükəli mikroorqanizmlər gətirib insanların həyatına son qoya bilərlər. Ona görə də diqqətli olmaq lazımdır. Düşünürəm ki, çiyələk istehsalıyla məşğul olan hər bir şəxs Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində reyestrə daxil olmalıdır ki, orda müəyyən nəzarət tədbirləri həyata keçirilsin”.

Qeyd edək ki, bir neçə gün öncə Goranboyda bir ailənin üç üzvü çiyələkdən zəhərlənib.

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...


Oxunub: 168

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər