"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Məlum olduğu kimi, uzun müddətdir müğənni Afət Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasında məhkəmə çəkişməsi davam edir.

F. Kərimova A. Fərmanqızının onu təhqir etdiyini iddia edərək, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib.

Ötən həftə isə A. Fərmanqızı məhkəmələrə gəlmədiyi üçün axtarışa verilməsi barədə məlumatlar yayıldı.

Həftəsonu isə müğənni axtarışda olduğu halda ölkəni tərk etməsi ilə bağlı paylaşım etdi.

Bəs görəsən axtarışda olan müğənni ölkəni necə tərk edib?

Lent.az mövzu ilə bağlı Afət Fərmanqızının özü ilə əlaqə saxlayıb.

Müğənni Azərbaycanı tərk etdiyini təsdiqləyərək bunun necə baş verdiyini saytımıza danışıb:

“Bəli, Azərbaycandan getmişəm və hazırda Rusiyadayam. Ölkəni tərk edərkən də heç kim məni saxlamadı və sorğu-sual etmədi. Əgər axtarışda olsaydım ölkə sərhədlərini necə keçərdim?! Yerimi onsuz məhkəməyə demişdim. Bu günə kimi də harada qeydiyyatda idimsə orada idim. Həmin gün hamiləliyimlə bağlı narahatlığım, ürəkbulanmam oldu. Bununla əlaqədar həkimdən kağız da almışdım. Hər şey məhkəməyə təqdim olunub. Amma məhkəmə qərəzli olduğu üçün guya barəmdə axtarış elan edib. Bunun hamısı sifarişli imiş”.


Oxunub: 223

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər