3 şəhid verən ailənin evi hələ də hazır deyil - Gəncə terrorundan 2 il keçsə də...

DogruXeber.az: - “Vətən müharibəsi dövründə ermənilər tərəfindən Gəncə şəhərinin bombalanması zamanı qayınanamın evi dağıldı. Ailəmizin üç üzvü - qaynım, onun həyat yoldaşı və uşağı şəhid oldu. İki ilə yaxındır ki, kirayədə yaşayırıq. Nə kirayə ödənişi ala bilirik, nə də ev tikilir ki, yaşayaq”.
Bu şikayətlə “Qafqazinfo”ya Gəncə şəhər sakini Nərminə Şahnəzərova müraciət edib.

Onun sözlərinə görə, Muxtar Hacıyev küçəsi, döngə: 2, ev: 24 ünvanında yaşayan zərərçəkmiş şəxs onun qayınanası, 64 yaşlı Təzəgül Şahnəzərovadır. Həmin ev 2020-ci il oktyabrın 17-də bombalanıb: “Gecə saatlarında düşən bomba evi yerlə-yeksan edib. Ailəmizin üç üzvü də şəhid olub. O ərazidə tək qayınanamın yox, neçə nəfərin evi bu vəziyyətə düşüb. Hadisədən sonra evin tikintisinə başlanıldı. Sadəcə divarları tikildi və damı vuruldu. Qalan heç bir iş aparılmayıb, yarımçıq qalıb. Qayınanam da yaşlı qadındır, kirayələrdə qalır”.

Şikayətçi iddia edir ki, bu müddət ərzində onlara kirayə pulu belə verilməyib: “Qayınanam indi bizimlə birlikdə kirayədə yaşayır. Kirayə pulu da vermirlər. Dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişik. Bizə deyirlər ki, “məsələ bizlik deyil”. Kirayə pulu verməmələrinə də səbəb kimi onu göstərirlər ki, hadisədən sonra evi dağılan şəxslər yataqxanadan açar götürüb orada yaşayıb, amma mənim qayınanam orada qalmayıb. Onu da mən özüm qoymadım. Ona görə ki, xəstə adamdır, yataqxanada qalmaq ona çətin olacaqdı. Bundan başqa da üç şəhid verib axı... Necə gedib yataqxanada ölüsünü götürərdi?! Gəldi, bizimlə yaşadı”.

Gəncə şəhər sakini Rüfət Əsgərov da saytımıza bənzər şikayətlə müraciət edib. Əli Nəzmi küçəsi, ev: 4 ünvanında yaşayan zərərçəkmiş bildirir ki, şəhərin bombalanması zamanı evi yararsız hala düşüb. O da nə kirayə ödənişi ala bilir, nə də evi təmir olunur: “Bomba yaşadığımız evdən təxminən 200 metr aralıya düşüb. Evimiz tamamilə yararsız hala düşdüyündən məcburən kirayəyə köçdük. O vaxtdan bizə kirayə haqqı ödənməyib. Təmir-bərpa işləri isə çox ləng gedir. Təkcə evin dam örtüyü vurulmuşdu, onu da 6 gün öncə gəlib söküb aparıblar ki, düzgün vurulmayıb. Ev yaşanmalı halda deyil. İçində bəzi əşyalarımız var idi ki, yığıb bir otağa qoymuşduq. Dam söküləndən sonra yağış suları onların üstünə tökülüb”.

Şikayətçinin sözlərinə görə, Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş evlərinə görə 1000 manat məbləğində ödəniş olunub ki, onu da elə həmin mənzilin pəncərəsinə xərcləyib.

Hər iki vətəndaşın problemi ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq. Komitənin mətbuat katibi Ramiz İdrisoğlu “Qafqazinfo”nun sorğusunu belə cavablandırıb: “Gəncə şəhərindən vətəndaş Təzəgül Şahnəzərovanın evinə baxış zamanı qəzalı olması barədə tərtib edilmiş texniki akta əsasən, onun əvəzinə yeni yaşayış evi inşa edilib. Tikinti işləri sakinin tələblərinə uyğun olaraq hazırlanmış layihə əsasında həyata keçirilib. Ev hazırdır, tamamlanma işləri aparılacaq.

Digər vətəndaş Rüfət Əsgərova məxsus fərdi ev isə təmir ediləcək yaşayış obyektlərinin siyahısındadır. İşlərin bir qismi görülüb. Yaxın zamanda təmir yekunlaşdırılacaq”.

3 şəhid verən ailənin evi hələ də hazır deyil - Gəncə terrorundan 2 il keçsə də...

3 şəhid verən ailənin evi hələ də hazır deyil - Gəncə terrorundan 2 il keçsə də...

3 şəhid verən ailənin evi hələ də hazır deyil - Gəncə terrorundan 2 il keçsə də...

3 şəhid verən ailənin evi hələ də hazır deyil - Gəncə terrorundan 2 il keçsə də...


Oxunub: 225

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər