Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

"DogruXeber.az" xəbər verir ki, turnirin final oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər. İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

İki komanda ilk dəfə avrokubokların finalında qarşılaşacaq. Daha əvvəl 1959/1960 mövsümündə Çempion Klublar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalında Qlazqo klubuna rəqib olan "Ayntraxt" ilk matçda 6:1, cavab görüşündə isə 6:3 hesabı ilə qalib gələrək, finala adlamış, lakin titulun 1 addımlığında İspaniya "Real Madrid"inə uduzmuşdu.

Almaniya təmsilçisi daha sonra 1966/1967 mövsümündə İntertoto Kubokunu, 1979/1980 mövsümündə isə UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb.

Beynəlxalq arenada 6-cı dəfə finala çıxan "Reyncers" isə əvvəlki 5 həlledici qarşılaşmanın yalnız birində titula sahib çıxıb. Covanni van Bronkhorstun rəhbərlik etdiyi komanda 1971/1972 mövsümündə UEFA Kuboklar Kubokunun finalında Rusiyanın "Dinamo" (Moskva) klubunu məğlub edib.

UEFA Avropa Liqası

Final

18 may

23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.

Qeyd edək ki, Avropa Liqasının son qalibi İspaniya "Vilyarreal"ı olub.


Oxunub: 463

Son xəbərlər

Ən çox saxta diplomu Azərbaycanın bu universiteti verib? - İDDİA

Qüdsi Osmanov Rumıniyaya səfir təyin olunub

Aydın Talıbova məxsus Araz marketdə növbəti rəzillik: Mənim uşaqlarıma nəysə olarsa kim cavab verəcək? - VİDEO

“Nə bilərdim ki, başımın altında əfi ilan saxlamışam” - Generalın məhkəməsində söz savaşı

Nazir əvəzi onları direktor və mərkəz rəhbəri təyin etdi (SİYAHI)

Əmək hüququ pozulan vətəndaş hansı addımı atmalıdır? - Vəkildən çağırış

Avropada cinsi yolla ötürülən infeksiyaların artması

Tədqiqat bel ağrısını onurğa 'amortizatorlarında' bir hüceyrə alt növü ilə əlaqələndirir

Ülvi Baxşəliyev Azərbaycanın Moldovadakı səfiri təyin olunub

"24 saat ərzində Qəzzada 310 fələstinli öldürülüb" - BMT

Antarktika pinqvinlərində həddindən artıq yuxu davranışı tapıldı

Bərdədə Atamoğlan əməlli-başlı ATAMANLIQ EDİR... - NARAZILIQ VAR...

Azərbaycanın gömrük postlarında 1 800-dən çox yük maşını gözləyir

Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi (VİDEO/YENİLƏNİB)

Cəsarət Valehov nazirlikdəki vəzifəsindən getdi

Yol polisi sürücülərə müraciət etdi

Bazar günü hava necə olacaq?

BŞTİ-dən 292 nömrəli məktəblə bağlı AÇIQLAMA

Azərbaycan Rumıniyaya yeni səfir təyin etdi - SƏRƏNCAM

Məhərrəm Əliyev Prezidentin köməkçisi vəzifəsindən azad edilib

Neftimiz bahalaşıb

"Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var" - Prezident Qarabağ ermənilərindən danışdı

İsrailin Qəzza ilə müharibəsi uzun müddət davam edəcək

Yeni ildə 7 gün İŞ OLMAYACAQ

İlham Əliyev iqtisadi islahatlardan DANIŞDI

Dövlət başçısı Ermənistanla sülh üçün ən əsas şərti AÇIQLADI

Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi (FOTO)

Sürücü sərnişinləri avtobusda qoyub taksi ilə getdi

Qvatemala prokurorları prezident seçkilərinin legitimliyini tanımaqdan imtina edib

Bütün xəbərlər