GƏLİŞMƏ: Laçın Azərbaycanın nəzarətinə keçir – Sülhməramlılar yolumuzdan çəkilir?
DogruXeber.az: - "Əlbəttə, alternativ yol bitdikdən sonra Rusiya sülhməramlıları Laçın ərazisində mövcud olan hərbi infrastrukturlarını yeni çəkilən dəhlizə köçürəcəklər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

Hərbi analitikin sözlərinə görə, Ermənistanla sərhəddən, Zabux dərəsindən, eləcə də Sus kəndindən keçən köhnə dəhliz Azərbaycana təhvil veriləcək:

“Bunun üstünlükləri ondan ibarətdir ki, ilk növbədə, Azərbaycan Ermənistanla olan sərhədlərini bərpa etmək imkanı qazanacaq. İkincisi, Laçın rayonu və bu dəhliz ərazisində yerləşən kəndlərin yenidən bərpası üçün imkanlar əldə edəcəyik. O cümlədən Laçın rayonunun mərkəzində Azərbaycan bayrağı dalğalanacaq. Bundan başqa, Azərbaycanın maşın karvanları Rusiya sülhməramlılarının müşayiəti olmadan bu yolda sərbəst hərəkət edəcək.

Bir sözlə, təkcə Laçınla Şuşa yox, həm də Laçınla Kəlbəcər arasındakı şimal istiqamətində yolumuz açılmış olacaq. Hazırda Laçına Kəlbəcərdən keçməklə daha uzun marşrutla hərəkət edirik, sülhməramlılar oradan çıxdıqdan sonra bu daimi yol qapanacaq”.

“Bu yolun tikintisi isə orada mövcud olan hərbi infrastrukturumuzun inkişaf etdirilməsinə, orada yerləşən qoşunlarımızın təminat və təchizatında mühüm addımlar atmağa imkan verəcək. Belə olan halda Laçın şəhərinin Azərbaycana təhvil verilməsi artıq şərtdir və bununla hərbi-strateji qazanclar əldə edəcəyik.

Mən yeni çəkilən yolun keçdiyi ərazilərə də baxmışam. Laçın kəndlərinin yaxınlığından keçsə də, onların heç biri kənd ərazilərindən keçmir. Əgər indiki yol Laçın rayonunun daxilindən Şuşaya qədər keçirdisə, yeni yol tamamilə dağlıq ərazilərdən uzanacaq və heç bir yaşayış məntəqəsinə toxunmayacaq”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.


Oxunub: 157

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər