Sahibkarla əlbir olub  "nəfəsimizi kəsirlər"... - VİDEO

Haqqında hər gün, gündə bir neçə dəfə faktlara söykənən fərqli məlumatlar yayımlanan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli əməkdaşlarının şəxsi maraqları qarşılığında özlərinin yaratdığı, yaxud göz yumduqları ekoloji ziyanlar barəsində məlumatlar izləyirik, oxuyuruq, yaxud şahidi oluruq.
Odur ki, bu mövzuya "təmtəraqlı" giriş verməyə artıq ehtiyac duymadan, birbaşa keçid edirik redaksiyamıza daxil olan növbəti məlumata.

Belə ki, "DogruXeber.az" redaksiyasına belə bir məlumat daxil oldu ki, Bakı - Sumqayıt magistral yolunda, Ceyranbatan qəsəbəsi ərazisində, "101" avtoyuma məntəqəsinin qarşısında bir neçə müxtəlif cinsli ağaclar kəsilib.

Məlumatda bildirilir ki, həmin ünvandakı ağac kəsimi Abşeron rayonunun keçmiş İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın vəzifədə olduğu zamanlar İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müəyyən maraqlar qarşılığında razılaşdırılmış şəkildə həyata keçirilib. 10.000 (on min) AZN qarşılığında təbiətə vurulan böyük zərərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də məlumatlı olduğunu duyduq. Verilən məlumatda o da bildirilir ki, sözügedən ağac kəsimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərovun rəyi əsasında həyata keçirilib.



Redaksiyamıza məlumat və görüntülər daxil olduqdan sonra 4 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə telefon əlaqəsi saxlayıb, məsələni diqqətə çatdırıb, münasibət bildirmələrini istədik. Regional idarədən həmin ərazi üzrə müfəttiş İbad adlı şəxsin telefon nömrəsini verib, onunla əlaqə saxlamalı olduğumuzu bildirdilər.

Belə də etdik. İdarənin verdiyi telefon nömrəsi vasitəsilə ETSN-nin ərazi üzrə məsul əməkdaşı İbadla əlaqə saxlayıb, məsələni diqqətinə çatdırıb, münasibət bildirməsini istədik. İbad adlı şəxs məsələdən xəbərsiz olduğunu, qısa zaman ərzində sözügedən ərazidə məsələni aydınlaşdırıb, sonra bizə münasibət bildirəcəyini dedi. Lakin, bir iş günü ərzində ETSN əməkdaşı İbad təkrar bizimlə əlaqə saxlamadı. Bu səbəbdən də biz təkrar İbadla telefon əlaqəsi saxladıq. Bu dəfə isə İbad bizə çox aqressiv şəkildə - "Sizə açot verməliyəm?" -deyə sualla cavab verdi.

Onun bu cavabından özünün vəzifə səlahiyyətlərindən, həmçinin media qanunlarından məlumatsız olduğunu anladıq və bütün bunlar barəsində onu izahlı şəkildə məlumatlandırmağı özümüzə "borc" bildik.

Bizim ətraflı izahımızdan sonra İbad bəy üzr istəyərək, kobud davranışını ağrılarından qaynaqlanan əsəbinə bağladı və növbəti iş günü daha ətraflı araşdırıb sonra əlaqə saxlayacağını bildirdi.

Ertəsi gün İbad bəy bizə zəng etdi və bildirdi ki, "sözügedən əraziyə gedib baxdım. Həqiqətən 12 ağac kəsilib. Mən obyektin sahibi Üzeyirlə görüşmək istədim. İşçiləri zəng etdi xəbər verdi, amma o, gəlmədi. O ağaclar çoxdan kəsilib. Ağac kəsiləndə ekspertizanın rəyi əsasında olur. Yəqin ki, onlara da ekspertiza icazə verib".

İbad bəylə danışdıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərova zəng edib, məsələyə münasibət öyrənmək istədik. Mirsalam Qəmbərov məsələdən məlumatsız olduğunu, araşdırıb bizə də məlumat verəcəyini bildirdi. Lakin, Mirsalam Qəmbərovla telefon danışığımızdan demək olar ki, bir həftə keçməsinə baxmayaraq, hələ də bizi arayıb, münasibət bildirməyib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, verilən məlumatlarda o da bildirilir ki, sözügedən ünvanda kəsilən ağacların bir neçəsi də obyektin qarşısında olub və kəsildikdən sonra üzəri asvalt örtüyü ilə qapadılıb. Digər 12 ədəd ağacın isə kökləri aydın şəkildə görünür.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Təbiət "qatilləri" iş başında.../VİDEO-FOTO


Oxunub: 751

Son xəbərlər

Nərimanıv adına NQÇİ-də QOÇƏLİNİN HAVASI... - BU NƏDİ BELƏ?

Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar - YAĞ, EY YAĞIŞ, DURMAGİNƏN...

Qəzənfər Ağayev Astaranı zibilxanaya çevirib... - GİLEY

Azərbaycan öz ərazilərini azad edir - Saakaşvilidən İSMARIC

İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər TƏYİN EDİLDİ - FOTO

Sülhməramlıların ölümünə görə korpus komandiri İŞDƏN ÇIXARILDI

Prezidentin köməkçisindən Yevlax görüşü ilə bağlı AÇIQLAMA

Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq

Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

Bu, qiymətlərin əlavə artımına səbəb ola bilər - Proqnoz

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini ARTIRIR

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

İlham Əliyev və Putin arasında telefon danışığı oldu

Sülhməramlılar Yevlaxdakı danışıqlarda müsbət münasibət olduğunu bildirdilər

Xankəndidə mülki geyimli silahlı şəxsin görüntüsü - VİDEO

Sülhməramlıların komandanının müavini Qarabağda həlak oldu

Sabah hava necə olacaq?

"Küçədən gələn müxbir Ermənistanı fırladır" - Eks-nazir

"Bəşəriyyət cəhənnəmin qapılarını açıb" - Quterreş

"Azərbaycanın verdiyi siyahıda mən də ola bilərəm" - Seyran Ohanyan

Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ

Ukrayna ABŞ-dən nə istəyir?

"Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev

Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi

Qarabağ erməniləri ilə görüşdə Azərbaycanı bu şəxs təmsil edir - FOTO

"İstefa verməyəcəm" - Paşinyan

Moskva aeroportlarında reyslər kütləvi şəkildə ləğv edildi

Qarabağdan təxliyə olunan ermənilərin sayı AÇIQLANDI

Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu

“Vaqner” Suriyanı tərk edir

Bütün xəbərlər