gundem / siyaset
19.05.2022, 14:58
Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?
“İrəvan ölkədə müxalifətin etirazlarını yatırmaq üçün KTMT-nin kollektiv qüvvələrinin göndərilməsi ilə bağlı təşkilata müraciət etməyib”.
"DogruXeber.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra deyib.
“Bu, tamamilə yalan məlumatdır”, - deyə Qriqoryan söyləyib.
Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən etibarən paytaxt İrəvanda və ölkənin digər ərazilərində Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə etiraz aksiyaları keçirir.