2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

DogruXeber.az: - Azərbaycanda idarəetmə sahəsində aparılan islahatlar gənc və perspektivli kadrların təyinatlarında da özünü göstərir.

Xüsusilə də, yüksək vəzifələrə gənc kadrların təyinatı daha çox diqqət çəkir. Cəmiyyətdə də bu cür kadrların təyinatı əksər hallarda müsbət qarşılanır və bunun idarəetmədə müasir texnologiyalardan istifadəni təkmilləşdirdiyi qeyd olunur.

Bizim.Media son dövrlərdə məsul vəzifələrə təyin olunan kadrları araşdırıb.

1. Fərid Hacıyev

Mayın 17-də Milli Məclisin aparat rəhbəri vəzifəsinə təyinat alan 33 yaşlı Fərid Hacıyev bu vəzifəni 25 ildir icra edən 70 yaşlı Səfa Mirzəyevi əvəz edib.

2. Taleh Kazımov

Aprelin 12-də Mərkəzi Bankın sabiq prezidenti 70 yaşlı Elman Rüstəmovu bu vəzifədə 38 yaşlı Taleh Kazımov əvəzləyib. Mərkəzi Bankın yeni rəhbəri ABŞ-ın Corciya Universiteti və London Biznes Məktəbi kimi mötəbər elm ocaqlarında təhsil alıb.

3. Vüqar Məmmədov

Aprelin 25-də Mədəniyyət Nazirliyinə aparat rəhbəri təyin olunan Vüqar Məmmədovun isə 36 yaşı var.

4. Vahid Hacıyev

Mayın 4-də Zəngəzur iqtisadi rayonunun Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi təyin olunan Vahid Hacıyev də kifayət qədər gənc kadrlardan hesab oluna bilər.

5. Rövşən Nəcəf

1982-ci ildə anadan olan Rövşən Nəcəf bu ilin fevralında SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. Rövşən Nəcəf ötən il dekabrın 24-də iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, 2007-2008-ci illərdə ABŞ-ın nüfuzlu Kolumbiya Universitetində magistr təhsili alıb.

6. Elnur Əliyev

Rövşən Nəcəfin yerinə iqtisadiyyat nazirinin birinci müavini təyin edilən 38 yaşlı Elnur Əliyev də gənc kadrlardandır. O, London Kral Kollecində biznes hüququ üzrə təhsil alıb.

7. Sərxan Hacıyev

Aprelin 17-də AFFA-nın icra katibi təyin olunan Sərxan Hacıyevin 35 yaşı var. O, Futbol idarəçiliyi ixtisası üzrə Lozanna Universitetində təhsil alıb. S.Hacıyev bu vəzifədə Elxan Məmmədovu əvəzləyib.

8. Elxan İbrahimov

Bu ilin fevralında Kürdəmir rayonuna icra başçısı təyin olunan Elxan İbrahimov da 2022-ci ildə məsul vəzifəyə təyinat alan gənc kadrlardandır.

9. Gənc elitanın nümayəndələrindən daha birinin təyinatı bu ilin mart ayının əvvəlində həyata keçirilib. Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

15 aprel 1978-ci ildə Bakı şəhərində anadan olan Ş.Seyidzadə bundan əvvəl 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış millət vəkili seçilib.


Oxunub: 195

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər