Ceyhun Bayramov bolqar həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində bolqar xarici işlər naziri Teodora Gençovskaya ilə görüş keçirilib.

Bu barədə "DogruXeber.az"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İki ölkənin xarici işlər nazirləri arasında təkbətək başlanan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə strateji dialoq görüşü ilə davam edib.

Nazir Ceyhun Bayramov həmkarına dəvətə görə təşəkkürünü ifadə edib və ölkələrimiz arasında 2-ci strateji dialoq görüşünün, diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd olunacağı ərəfədə keçirilməsinin eyni zamanda rəmzi xarakter daşıdığını qeyd edib. Nazir, iki ölkə arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə hörmət və qarşılıqlı anlaşma ruhunda inkişaf etdiyini bildirib. O, ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoqun, iqtisadi sahədə də müsbət artım dinamikası ilə müşayiət olunduğunu bildirib.

Nazirlər, ölkələrimiz arasında iqtisadi əlaqələrin özəyini təşkil edən enerji sektoru, habelə nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, humanitat və digər sahələrdə əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər. Cari il ərzində keçirilməsi planlaşdırılan Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının ikitərəfli əməkdaşlığın genişləndirilməsinə müsbət töhfə verəcəyindən əminlik ifadə edilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfi post-münaqişə mərhələsində bölgədə mövcud olan vəziyyət, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının ağır nəticələrinin aradan qaldırılması üçün görülən işlər, o cümlədən azad olunan ərazilərdə minaların təmizlənməsi, bərpa və quruculuq işləri, habelə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar və bölgədə sülh və tərəqqinin təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyi barədə məlumatlandırıb.

Nazir Teodora Gençovska Bolqarıstanın Azərbaycan hökumətinin həyata keçirdiyi minalardan təmizləmə prosesinə töhfə verməyə hazır olduğunu ifadə edib.

Tərəflər, ikitərəfli müstəvi ilə yanaşı, qlobal və regional beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdən sonra nazirlər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olub və mətbuat qarşısında bəyanatlarla çıxış ediblər.


Oxunub: 485

Son xəbərlər

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? — Siyavuş Novruzov

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

"Xəzər TV"nin məşhur verlişi bağlanacaq

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI

ABŞ İsrailin İrana zərbə endirməsini dəstəkləir

Sabah 30 dərəcə isti olacaq

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

"Satınalmalarda ciddi problemlər mövcuddur" - Vahid Əhmədov

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Tuskdan Zelenskiyə sui-qəsddə Rusiyaya kömək edən polyakın həbsinə reaksiya

Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - "Observer Online" yazır

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Bədənimizdəki şişlər nədən xəbər verir?

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

"Əli Kərimli və ətrafı Prezidentdən üzr istəməlidir" - Deputat

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Vüqar Gülməmmədov parlamentdə hesabat verir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

Azərbaycan nefti ucuzlaşdı

“Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur

Bütün xəbərlər