İcra Hakimiyyəti ilə Ekologiya Nazirliyi ciddi mövzularla "ötür-ötür oynayır" ? - VİDEO

"Təbiəti sevən, təbiətlə daima təmasda olan insan heç zaman nankor, rəhmsiz, vicdansız ola bilməz.
Həsən Əliyev"


Allah rəhmət eləsin, nə gözəl deyib. O zaman belə çıxır ki, ağacları kəsərək təbiətə ziyan vuranlar qədər, buna göz yumanlar da H.Əliyev demişkən, "nankor, rəhmsiz və vicdansız"dırlar. Çox təəssüf ki, "göz yumanlar" elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) səlahiyyətli əməkdaşlarıdır. Şəxsi maraqlar naminə gördüklərini görməzdən gəlib, yanından düz keçirlər. Məsələ ictimailəşdikdə isə "məlumatımız yoxdur" deyib, məsələdən yayındıqlarını düşünürlər.

Hörmətli ETSN, bir halda ki, sizin işiniz ekologiya və təbiətə nəzarət etmək, onu qorumaqdır və siz də təbiətə edilən sui-qəsdlərdən "məlumatsız" olduğunuzu deyirsiniz, o zaman siz nə üçünsünüz?

Bəs siz özünüz üçün demirik ( bu sahib olduğunuz sərvətlər və lüks yaşamınızdan hər kəsə bəllidir zatən), təbiət üçün, xalq üçün nə işə yarayırsınız?!

Hər ay dövlət büdcəsindən aldığınız məvacib, hansı əməyinizin haqqıdır?

Özü də elə ki, hansısa bir ərazidə ağacların kəsilməsi, yaxud qurudulması faktı əldə edirik, bu barədə aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşının açıqlamasını öyrənmək istəyirik, o dəqiqə ETSN atır Rayon İcra Hakimiyyətinin üstünə, İcra Hakimiyyəti atır ETSN-nin üstünə. İşin əslini öyrənəndə məlum olur ki, bu kimi halların həyata keçirilməsində hər iki qurum əlbir olub. Necə ki, "Bakı - Sumqayıt" magistral yolunun kənarında, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "101 avtoyuma məntəqəsi"nin qarşısındakı kəsilmiş ağacların taleyi kimi. Hansı ki, etibarlı mənbədən "DogruXeber.az"a verilən məlumatda, həmin çoxsaylı və müxtəlifcinsli ağacların kəsilməsinin Abşeron rayon keçmiş İcra Hakimiyyəti ilə ETSN-nin müəyyən məbləğ qarşılığında razılığı ilə həyata keçirildiyi bildirilirdi.

İcra Hakimiyyəti ilə Ekologiya Nazirliyi ciddi mövzularla "ötür-ötür oynayır" ? - VİDEO

Bununla bağlı, Ağacların kəsilməsi, yaxud köçürülməsi barəsində rəy verən qurumun - ETSN Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov açıqlama vermək üçün "DogruXeber.az"ı düz iki həftə gözlətdi. Lakin, bəlkə də deyiləcək cavab olmadığı üçün, o qədər gözləməyin nəticəsi də sükut oldu.

Sahibkarla əlbir olub "nəfəsimizi kəsirlər"... - VİDEO

Yeri gəlmişkən, çoxlarınız bilirsiniz, Xətai rayon İzzət Orucova küçəsində - 55 saylı tam orta məktəbin yanında hasara alınmış bir neçə sot zeytunluq ərazi var idi.
Ona görə "Var idi" deyirik ki, həmin ərazidəki zeytun ağacları artıq yoxdur. Hamısı quruyub (ya da qurudulub).



Gördüyünüz kimi (quruma səbəbi ilə) kəsilən ağacların əksəriyyətinin yerində kiçik pöhrələr də əmələ gəlib.
Digər tərəfdən ərazidəki gül ağaclarının arasındakı zeytun və tut ağacları da quruyub. Amma, maraqlıdır ki, onun bir neçə santımetrliyində olan gül ağaclarına təsir etməyib.

Diqqətinizə çatdırırıq ki, redaksiyamıza məlumat verən şəxslər bunun məqsədli şəkildə həyata keçirildiyini bildirmişdilər. Odur ki, "DogruXeber.az" hər zaman olduğu kimi, tam qanunvericiliyə uyğun olaraq, aidiyyatı qurum - 11 saylı Ekologiya və Təbii Sərvətlər idarəsi ilə telefon əlaqəsi saxlayıb, məsələ barəsində məlumat almaq istədi. Telefona cavab verən xanım telefon nömrəmizi götürdü ki, "Ərazi üzrə kurator özü sizinlə əlaqə saxlayacaq".

Bir iş günü gözlədik, redaksiyamıza zəng gəlmədi. Ertəsi gün yenidən zəng etdik. Bu dəfə də xanım cavab verdi ki, "Kuratora vermişəm nömrənizi. Mən indi deyirəm, özü sizi yığsın".

Aradan təqribən 5-6 dəqiqə keçmişdi ki, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ərazi üzrə nümayəndəsi Rəvan adlı şəxs bizə zəng etdi.
O, bildirdi ki, "Həmin ərazi o vaxtı Viktor Yuşşenko Azərbaycana gələndə, Ukrayna səfirliyi tikilməsi üçün ayrılmış ərazidir. Qanunvericilik də deyir ki, hansısa ölkənin səfirliyinin ərazisi, onun torpağı sayılır. Amma, həmin ərazidə qurumuş ağacların daşınması, aqrotexniki xidmət göstərilməsi isə Yaşıllaşdırma Təsərrüfat Birliyi və Rayon İcra Hakimiyyəti üzərində qalır."

Şəhərin ən gözəl yerində, (ETSN-nin dediyinə görə) Xətai rayon İcra Hakimiyyətinin tabeçiliyində olan cəmi bir neçə sotluq ərazinin bu cür baxımsız olması və 10-larla ağacın ETSN əməkdaşının ehtimalına görə susuzluqdan quruması cansıxıcı mənzərə olduğu kimi, biraz da "sirli görünür.
Əgər o ağacların quruma səbəbi susuzluqdursa, o zaman otlar və güllər niyə qurumayıb?

Bəs kəsilən köklərdən boylanan pöhrələr necə əmələ gəlib?

Hə unutmadan onu da nəzərinizə çatdıraq ki, sözügedən ərazidəki məişət tullantıları da o qədər "cazibədar" görünürdü ki, diqqət etməmək əldə deyildi. Bax bu da tam dəqiq İcra Hakimiyyətinin mərifəti sayılır.

Bu yerdə, rəhmətlik Həsən Əliyevin ekologiya haqqında söylədiyi daha bir qiymətli fikri xatırladıq.

Deyir: - "Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri-mümkündür. 
Həsən Əliyev"


Rəhmətliyin bu qiymətli sözləri neçənci ildə dediyini bilmirik, amma bildiyimiz bir fakt var ki, o "yaxın günlər" getdikcə daha da uzaqlaşır. Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin rəhbərliyi ilə H.Əliyevin prespektivli elmə çevriləcəyinə ümid etdiyi ekologiya məhvə doğru "şütüyür".
Hər gün ağac kəsimi, meşə qırğınları, göllərin məqsədli qurudulması və sair kimi xəbərlər oxuyuruq, izləyirik. Heç biri barəsində də cavabdeh qurum olan ETSN ictimaiyyətə açıqlama verməyə lüzum bilmir. Bu da onu deməyə əsas verir ki, qurum rəhbəri Muxtar Babayev vəzifəsini həqiqətən yanlış anlayıb. Odur ki, təbiəti şəxsi sərvəti kimi istifadə edir. Yəni, susması ilə "Mənimdir mən bilərəm. Sizə nə?" - deyir.

P.S: Xətai Rayon İcra Hakimiyyətinin bu barədə fikrini öyrənmək cəhdlərimiz isə nəticəsiz qaldı. Rəsmi internet səhifələrində yerləşdirilən nömrəyə dəfələrlə zəng etdik, amma dəstəyi qaldıran olmadı. Görünür əksər dövlət idarələrində olduğu kimi, burda da telefon formal olaraq qoyulub.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Nazirliyin təbiətə bəd nəzəri - VİDEO//FOTO

Ekoloji terror hələ də davam edir: Nazir bunlara seyirçidir - VİDEO // FOTO

Ekologiya Nazirliyi ağaclara "türbə" tikir - FOTO // VİDEO

Nazir bu cinayət əməllərindən xəbərsizdir?!-VİDEO

Təbiət "qatilləri" iş başında.../VİDEO-FOTO


Oxunub: 588

Son xəbərlər

Xaricdə təhsil alan 20 nəfərin diplomu tanınmadı

Paşinyan ATƏT-in amerikalı həmsədri ilə görüşdü

"Münhen Təhlükəsizlik Konfransı korrupsiyaya uğrayıb" - Medvedev

Antiinhisar qanunvericiliyinin pozulmasına görə 15 iş qaldırılıb

İlham Əliyev Çin liderinə başsağlığı verdi

Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri MÜŞFİQ MƏMMƏDOV BARƏSİNDƏ ŞOK İDDİALAR / Video

Azərbaycan,Türkiyə və Ermənistan xarici işlər nazirləri arasında söhbət

"Zəngəzur dəhlizinin açılması Ağrı şəhərinin əhəmiyyətini artıracaq" - Ərdoğan

"Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb" - Lavrov

Ağalar Vəliyev biznesini hansı ad altında GİZLƏDİR?.. - İLGİNC FAKTLAR

Yağışlı hava şəraiti nə vaxtadək davam edəcək?

Büdcə zərfinin müzakirəsi gündəlikdən çıxarıldı

Azərbaycanda strateji malların siyahısı hazırlanır

NATO Belarusa qarşı müharibəyə hazırlaşır?

Ukraynalı ata ögey qızını ruslara satdı, sonra isə...

Rektor Yusif Yusubovun "BİZON BİZNESİ" - İDDİA

"Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə siyasi riyakarlıqdır" - MM

Məşhur meyxanaçının səhhəti pisləşdi - VİDEO

DSX-nin əsgəri özünü GÜLLƏLƏDİ

QİÇS xəstəliyi daha çox bu bölgələrdə yayılıb

Rusiyada uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadıldı

Nazir Olivier Varhelyi ilə görüşdü

Marketdə saxta spirtli içkilər aşkarlandı

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

Kərim Vəliyev ABŞ-da bir sıra görüşlər keçirdi

Dekabr ayına olan hava proqnozu

XİN-dən Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşır

"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb" - MN

"Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müzakirələr davam edəcək" - Ermənistan XİN

Bütün xəbərlər