Müəllimlərin kütləvi etirazı: - Nazirin qərarı təxirə salındı?

DogruXeber.az: - Son günlər müəllimlər üçün ən aktual məsələlərdən biri sertifikatlaşdırmadır.

Belə ki, iyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır.

Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur.

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə müəllimlər sertifikatlaşdırma prosesini müzakirə edirlər. Bir çox təhsil ekspertləri sertifikasiyanın keçirilməsinin tərəfdarı olsalar da bəzi müəllimlər sertifikasiyaya o qədər müsbət yanaşmırlar. Ekspertlərin fikrincə, pedoqoji təhsili olan, hər bir savadlı müəllim sertifikasiyadan keçəcək. Müəllimlər arasında yaranan bu təşviş isə prosesin ilk dəfə keçirilməsi ilə əlaqələndirilir. Bununla yanaşı, nazirlik tərəfindən bölgələrdə müəllimlərlə görüşlərin keçirildiyi ilə bağlı da məlumatlar var. Bəzi müəllimlər yaranmış vəziyyətlə bağlı sertifikasiyanın ləğv olunacağı qənaətindədirlər.

Sertifikasiyanın təxirə salınacağı məlumatı nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçiriləcək:

“İlkin mərhələdə bu prosesdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Quba-Xaçmaz, Abşeron-Xızı, Gəncə-Daşkəsən regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin iştirakı nəzərdə tutulur. Quba-Xaçmaz, Gəncə-Daşkəsən regional təhsil idarələri üzrə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə maarifləndirmə xarakterli görüşlər keçirilib. Bu tədbirlər davamlı olaraq bütün regionlar üzrə həyata keçiriləcək”.


Oxunub: 174

Son xəbərlər

Naziri oğurlamağı planlaşdıran şəxslər həbs edildi

İbrahim Tatlısəs evlənəcəyini açıqladı

Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək

815 güzəştli mənzil satışa çıxarıldı

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi - YENİLƏNDİ

Vilayət Eyvazov generala köməkçi TƏYİN ETDİ

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Azad edilmiş ərazilərdəki tikililərlə bağlı YENİ QƏRAR

Yol polisi bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

İlham Əliyev yeni komissiya YARATDI

Prezidentdən Əflatun Amaşovla bağlı SƏRƏNCAM

Tacikistanla sərhəddə 62 Qırğızıstan vətəndaşı ölüb

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

DİN-dən Bakıda ƏMƏLİYYAT: 40 nəfər tutuldu // VİDEO

Qərb ölkələri Ermənistanda nədən qorxur? - AKTUAL

AYB-yə yeni sədr gətirilir - AD AÇIQLANDI

“Səfərbərlikdən yayınan ruslara viza verək” - Şarl Mişel

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

Vilayət Eyvazov Türkiyədə təhsil almaq üçün seçilən polisləri qəbul etdi

Şirvanda fərdi yaşayış evlərindən oğurluq edən şəxs saxlanıldı

İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri: - İLGİNC İDDİALAR...

MN-dən ermənilərin yaydığı məlumatlara REAKSİYA

Sumqayıt şəhər 3 saylı xəstəxanada dözülməz mənzərə - VİDEO

Naxçıvanda SƏRHƏD QADAĞASI belə pozulur... - İLGİNC

İlahi sirlər - "Qurani-Kərimdə" keçən rəqəmlərin sirləri // VİDEO

"Ermənistan xəritədən silinəcək" - Əhməd Oruc

Azərbaycan nefti kəskin ucuzlaşdı

Ermənistandan növbəti TƏXRİBAT - Hərbçilərimiz yaralandı

"Problemlərimin hamısı olduğu kimi qalır, heç nə həll olunmur" - Qarabağ qazisi // VİDEO

Hava kəskin dəyişir — Soyuq hava ayın neçəsinədək davam edəcək?

Bütün xəbərlər