Rauf Əliyevin də öz balaca dünyası var... - İLGİNC FAKTLAR

"DogruXeber.az" bildirir ki, Parlamentin deputatı, eyni zamanda uzun illər Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti olmuş Rauf Əliyev öz postunu indi də oğluna həvalə edib. Mayın əvvəlində deputatın oğlu Asif Əliyev bu quruma prezident seçilib.

Agentlik Asif Əliyevin bioqrafiyasını da yazıb:

“1998-ci ildə “Qalatasaray” Futbol Klubuna daxil olmuşdur. 2002-ci ildə Sofiya şəhərində Vasil Leviskiy adına Milli İdman Akademiyasının futbol bölməsinə daxil olmuş, 2002-2006-cı illərdə bu Akademiyanın bakalavr pilləsində, 2006-2007-ci illərdə magistratura, 2007-2011-ci illərdə doktorantura pilləsində təhsil almışdır. Pedoqogika üzrə fəlsəfə doktorudur”.

“Neftçi”nin veteran futbolçusu Asim Xudiyev isə UGFF-nin baş katibi təyin edilib.

Ancaq bu “seçki”dən nə mətbuat, nə də ictimaiyyət xəbər tutub. Elə bu da yerli idman mediasında tənqidlərə səbəb olub.

Bildirilir ki, AFFA yarandığı gündən müxtəlif vəzifələrdə əyləşən Rauf Əliyev rəhbərlik etdiyi federasiyada prezidentlik dövrü bitən kimi kənara çəkilib və oğlunu öz yerinə təyin etdirib.

Rauf Əliyev 20 ildir deputatdır, “Şöhrət” ordeni ilə təltif edilib və 18 ildir ki, AFFA-nın birinci vitse-prezidentidir. Oğlu Asif Əliyev bundan öncə “Neftçi”nin aşağı yaş qrupları üzrə komandalarının koordinatoru vəzifəsində işləyib. Onun həmçinin “Refiks Konstrakşn” adlı tikinti şirkəti də mövcuddur.

Rauf Əliyevin də öz balaca dünyası var... - İLGİNC FAKTLAR

Halbuki Azərbaycan qanunvericiliyi deputatın və onun ailəsinin şəxsi bizneslə məşğul olmasını qadağan edir.

Azərbaycan Respublikasının “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun 3-cü maddəsi dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir.

Bundan əlavə, Azərbaycan Konstitusiyasının 85-ci maddəsinin, ikinci bəndinə əsasən deputatlar başqa ödənişli fəaliyyətlə də məşğul ola bilməzlər.

Azərbaycan qanunvericiliyinə görə (Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunun III fəsli, Maddə 9.3.3) prezident, millət vəkilləri o cümlədən digər vəzifəli şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Buna baxmayaraq, Rauf Əliyevin özünün də Rusiyada biznesinin olduğu haqda məlumatlar var. Bildirilir ki, Rauf Əliyev hələ 2018-ci ilin oktyabrın 16-dan Rusiyada Moskva vilayəti 17 saylı Regionlararası Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyatdan keçib. Yəni Rauf Əliyev ötən çağırış deputatlıq fəaliyyəti dövründə faktiki olaraq, Konstitusiyanın tələblərini pozub və onun biznes fəaliyyəti xarici ölkə qarşısında öhdəlik yaradıb. İndi isə oğlunu yolunun davamçısına çevirir.(dia.az)

Rauf Əliyevin də öz balaca dünyası var... - İLGİNC FAKTLAR


Oxunub: 477

Son xəbərlər

Sabah 30° isti olacaq

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan nefti bahalaşdı

Xankəndidə silah-sursat aşkarlandı

Tarixdə ilk dəfə: Danimarka USQ üçün Ukrayna istehsalçılarından silah alır

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 10 % artırıb

Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

İki narkokuryer tutuldu

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasına belə reaksiya verdi

Şahin Abbasov və qardaşları Moskvaya aparıldı

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? — Siyavuş Novruzov

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

"Xəzər TV"nin məşhur verlişi bağlanacaq

Bütün xəbərlər