Qarabağ və Şərqi Zəngəzurda TV yayım kanalları ayrıldı

Audiovizual Şura Qarabağ və Şərqi Zəngəzurda televiziya yayım kanallarının ayrılması barədə qərar verib.

"DogruXeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurası Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyindən Şuraya daxil olmuş 18 mart 2022-ci il tarixli 109-1-9/399-22 nömrəli məktubu, bununla bağlı Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin 06 iyun 2022-ci il tarixli 1 nömrəli rəyini nəzərə alaraq, ölkəmizin işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində yerüstü açıq (sosial) televiziya paketinin yayımının genişləndirilməsi məqsədilə "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:

1. Aşağıda qeyd olunan radio-televiziya yayım stansiyalarından (RTYS) göstərilən maksimal şüalanma gücü nəzərə alınmaqla televiziya yayım kanalları ayrılsın:

Xocavənd rayonu ərazisində yerləşən "Şahyeri" RTYS-dan 47-ci TV yayım kanalı (maksimal şüalanma gücü 40 dBVt olmaqla);
Zəngilan rayonu ərazisində yerləşən "Mincivan" avtomatik RTYS-dan 43-cü TV yayım kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Qubadlı rayonu ərazisində yerləşən "Xanlıq" avtomatik RTYS-dan 26-cı TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" RTYS-dan 43-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla);
Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" avtomatik RTYS-dan 23-cü TV kanalı (maksimal şüalanma gücü 28 dBVt olmaqla).

2. Siyahıda qeyd olunan radio-televiziya yayım stansiyalarından ayrılmış TV yayım kanallarından yayım həyata keçirəcək ümumölkə və regional (Şərqi Zəngəzur və Qarabağ bölgələri üzrə) yerüstü televiziya yayımçıları həmin radiotezliklərdən istifadə üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio") ilə müvafiq müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versinlər.

3. Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.


Oxunub: 374

Son xəbərlər

"Putin Ukrayna ilə bağlı məsələlərə şəxsən nəzarət edir" - Peskov

Ermənistanın COP29 FOBİYASI — Pərt olmaqdan qorxduqları üçün Bakıya gəlmirlər?

Yeni ildə neçə gün iş olmayacaq?

13-16 yaşlı yeniyetmələrdən ibarət dəstə 370 cinayət törədib

Yusif İldırımzadənin qardaşının cinayət işi ilə bağlı məhkəmə keçirildi

"KTMT ilə bağlı mövqeyimiz dəyişməyib" - Ermənistan XİN

"Bura köhnə Azərbaycan şəhəridir" - Paşinyandan AÇIQLAMA

Ucuz qiymətə bahalı səhhət problemləri - bizi kimi ölkələrdə AKTUALDIR...

Nazim Bəydəmirlinin şikayəti əsasında məhkəmə başlayır

"ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ HƏR AN BAŞLAYA BİLƏR" - Müdafiə nazirindən önəmli açıqlamalar + VİDEO

Dövlət başçısı Efiopiya Prezidenti ilə görüşdü

Kənan Aslanovun rəhbərlik etdiyi "Gemza Group" ölkədən pul çıxarıb - MÜBAHİSƏ - MÜBAHİSƏ

Gömrükdə tır sürücüsündən 2 ədəd su və 2 ədəd siqaret alan hərbçi tərxis olundu - ŞİKAYƏT

Paşinyan 9 noyabr kapitulyasiya aktını necə imzaladığını AÇIQLADI

“AzərEnerji” və “GE Vernova” şirkəti arasında sənəd imzalandı - VİDEO

Borrell Trampı bu şəxslə müqayisə etdi

Hazır qəhvə qocalmanı sürətləndirir

Palau Prezidenti Azərbaycana gəldi

Dünyanın ən böyük mərcanı ilk dəfə COP29-da açıqlandı

"İran və Rusiyanın Cənubi Qafqazda maraqları fərqlidir" - Səfir

"Saakaşvili həbsxanadan çıxa bilməyəcək" - Tbilisi meri

İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşdü

Bu təhsil müəssisəsində tələbələr "soğan kimi soyulur... - ŞOK MƏLUMATLAR // VİDEO

COP29-da rəqəmsallaşma və nəqliyyat: tematik günlər, təşəbbüslər, gözləntilər

D vitamininin əhəmiyyəti

Özünü hotelin sahibi kimi təqdim edib, illərlə pulsuz yaşadı

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

İlham Əliyev Filemon Yanq ilə görüşdü

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ÖLÜM

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər