Şuşada YENİ TƏYİNAT

DogruXeber.az: - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni təyinat olub. Qoruq İdarəsinin "Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsi"nin rəisi vəzifəsində çalışmış Tural Novruzov həmin İdarənin İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin olunub.

Tural Novruzov 2000-2004-cü illərdə Bakı Dövlət Universitetininin Beynəlxalq hüquq və münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə magistr təhsili almış və fərqlənmə ilə bitirmişdir. 2006-2008-ci illərdə Londonda biznes menecment üzrə müxtəlif təhsillər almış, 2008-2009-cu illərdə ‘‘Diplomatic Academy of London’’ təqaüdünü qazanaraq Londonda Westminster Universitetində Diplomatiya üzrə magistr təhsili almışdır. 2016- cı ildə Cambridge Univeristetinə qəbul olmuş və biznesin idarə edilməsi üzrə (MBA) magistr təhsili almışdır. 2021-2022-ci illərdə İsveçin Lund Universitetində ‘‘Şəhərsalmanın təbiətə əsaslanan həllərlə idarə olunmasında innovasiya’’ peşəkar inkişaf proqramını bitirmişdir.

Tural Novruzov 2008-ci ildən Londonda ‘‘Blackstone Group’’ şirkətində daşınmaz əmlak aktivlərinin idarə edilməsi üzrə çalışmışdır. Daha sonra ‘‘Gilan Holdinq’’də daşınmaz əmlak aktivlərinin idarə edilməsinə rəhbərlik etmişdir. 2019-cu ildən Beynəlxalq şəhərsalma və layihələndirmə şirkəti olan ‘‘Vasconi Architetctes’’ şirkətinin Azərbaycan üzrə rəhbəri olmuş, Gəncə şəhərinin baş planının hazırlanmasını icra etmişdir. 2021-ci ildən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinə rəhbərlik etmişdir.


Oxunub: 397

Son xəbərlər

Alqoloq Vüsal Eyvazovun "pul tələsi" - ŞİKAYƏT

Yol polisindən sürücülərə MÜRACİƏT

8 milyona satılan restoran hansı keçmiş məmurundur? — FOTO

Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında

Azərbaycan Bayrağı “Ginnesin rekordlar kitabı”na düşdü

Gürcü müxalifəti hərəkətə keçdi

Vətən Müharibəsi Qəhrəmanları kimlərdir? — TAM SİYAHI

2035-ci ilə qədər pinqvinlərin nəsli kəsilə bilər

Vətən müharibəsinin iştirakçısı idarə rəisi təyin edilib

Kuleba Antalyadakı danışıqlardan danışdı: "Lavrov müharibə olacağını bilmirdi"

COP29 Məlumat Mərkəzləri fəaliyyətə başladı

Yasamal rayon ictimaiyyəti Zəfər Gününü təntənə ilə qeyd edir - FOTO

İlham Əliyev ailə üzvləri ilə birlikdə Zəfər parkının açılışını etdi

Trampın maaşı nə qədər olacaq və nə qədər sərvəti var?

Şənbə gününə olan hava proqnozu

Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi-“Məhkəmə qərarını saya salmır”-VİDEO

"Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir" - Azərbaycan lideri

Azərbaycanla Özbəkistan arasındakı Müqavilə təsdiqləndi

Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq

DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...

İlham Əliyev bu sazişi təsdiqlədi

Prezident bu qanunda dəyişiklik edib

Azərbaycanla BMT arasında Anlaşma Memorandumu təsdiqlənib

Prezident ailə üzvləri ilə Dövlət Bayrağı Meydanında

Prezident və birinci xanım Zəfər parkının açılışında iştirak etdi

Azərbaycan Dəmir Yolları bu reysləri LƏĞV ETDİ

"Biləcəridən o tərəfə" keçməyən telekanallarımız və "Haber Global"... - Yeni layihə adımıza layiq olacaqmı?

Türkiyə səfiri Azərbaycanı təbrik etdi

Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI

Məşhur kriptovalyuta şirkətinin direktoru qaçırıldı - Detallar

Bütün xəbərlər