gundem / dunya
14.06.2022, 14:28
Ukraynada 8 polis vətən xaini elan edildi
Zaporojyedə hüquq-mühafizə orqanlarının nümayəndələri ruslara xəbər ötürüblər.
Dogruxeber.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb.
"DBR zabitləri Rusiya işğalçı qüvvələrinə "xidmət etmək" qərarına gələn 8 hüquq-mühafizə orqanlarının əməkdaşları xəyanətdə şübhəli bilinərək saxlayıb", - deyə məlumatda qeyd olunub.
İstintaqın məlumatına görə, həmin şəxslərdən biri Rusiya ilə əməkdaşlığa görə mükafat olaraq Melitopol rayonunda düşmənin yaratdığı qondarma “xalq milis”inə rəhbərlik edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları dövlətə xəyanətdə (Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi) şübhəli bilinirlər. Maddənin sanksiyasında əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası nəzərdə tutulub.