Görünən kəndə nə bələdçi...

"DogruXeber.az" olaraq, doğruları yazmaq çox zaman bizi tənqid yazmağa vadar edir. Çünki, təəssüflə qeyd edirik ki, həm redaksiyamıza edilən çoxsaylı vətəndaş müraciətləri, həm də səfərlərimiz zamanı özümüzün də gördüklərimiz qələmimizə tənqid yazdıran səbəblərdən olur. Lakin, xüsusi vurğulamaq istəyirik ki, tənqid yazmaq bizim nə seçimimizdir, nə də hobbimiz. Bizim yeganə hədəfimiz, cəmiyyəti doğrularla tanış etməkdir.

Söhbət səfərlərdən düşmüşkən, "DogruXeber.az" kollektivi olaraq, bu günlərdə Oğuz rayonuna işgüzar səfərimiz zamanı yolüstü Azərbaycanımızın dilbər guşələrindən biri olan İsmayıllı rayonundan keçərkən, təbiətin gözəlliyi ilə bərabər şahidi olduğumuz təmiz, abad, səliqə-səhmanli küçələr, yaşayış əraziləri diqqətimizi çəkdi. Odur ki, sadaladığımız yüksək keyfiyyətlərə baxmaqdan gözümüzü ala bilmədiyimiz üçün, biraz ayaq saxlayıb, təbiət qoynunda bir çay içmək qərarına gəldik.

Oturub çay içərkən də peşəmizin verdiyi adətimiz üzrə ətrafdakı insanlarla həmsöhbət olub, yaşadıqları İsmayıllı rayonunda nələrdən, kimlərdən razı, yaxud narazı olduqlarını xəbər aldıq.

Sözsüz ki, İsmayıllı rayonuna yeni təyin olunmuş İcra başçısı Nahid Bağırov barəsində yayılan bəzi mənfi məlumatlar hər kəsə məlumdur. Elə bu yazıların da nə dərəcədə doğru olub-olmadığı marağıyla, sakinlərdən Nahid Bağırov barəsində fikirlərini də soruşduq. Amma, Allah var, narazılıq edən bir nəfər belə olmadı. Hər kəs bir ağızdan Nahid Bağırovun, həmçinin başçının birinci müavini Mahmud Süleymanovun barəsində ağzını dua ilə açdı. Hər cümlələrinin başında "Sağolsun Nahid müəllim", "Sağolsun Mahmud müəllim filan işim üçün qəbuluna getdim bircə kəlmə deyən kimi lazımi köməkliyi etdilər" və sair kimi ifadələr vurğulayırdılar.

Görünən kəndə nə bələdçi...

Hələ üstəlik söhbətimizin mövzusu olmasa da yan masada əyləşən ziyalı sakinlər keçmiş təhsil işçisi, hazırda isə İsmayıllı rayon YAP təşkilatının sədri olan Zaur Muradov barəsində də hörmətlə danışıb, onun da Nahid Bağırov, Mahmud Süleymanov kimi dövlətə, dövlətçiliyə göstərdiyi sadiq xidmətlərindən, insanlarla qurduqları səmimi ünsiyyətindən danışdılar.

Görünən kəndə nə bələdçi...

Doğrusu İsmayıllı rayonunda idarəçilikdə, rəhbər vəzifələrdə çalışan bu insanların gənc olmalarına baxmayaraq, az zamanda sakinlərin ürəyində və dilində bu cür xoş cümlələr içərisində adlarının keçməsi Vətəndaş olaraq bizi də qürurlandırdı.

Nəhayət ki, qulağımız heçolmasa adları çəkilən məmurlar barəsində deyilən ürəkaçan sözlərin şahidi oldu.

Dəyərli izləyicilər, bu tərif deyil, adımızdan da göründüyü kimi doğru bildiklərimizdir.

Bu yazını oxuyarkən, ağlınıza ilk nələrin gələcəyini təxmin edirik. Amma, xüsusi vurğulamaq istəyirik ki, bu o demək deyil ki,biz İsmayıllı rayonunda baş verənlər barəsində heç vaxt tənqid yazmayacağıq. Dediyimiz kimi, "Düzə düz - əyriyə əyri"!.
Bu dəfə bunları gördük, bunları yazdıq. Nöqsanlar görsəydik, əlbəttə ki, nöqsanları da yazacaqdıq.

Amma, inşallah ki, hörmətli icra başçısı Nahid Bağırovun rəhbərliyi ilə İsmayıllı rayonundakı digər səlahiyyətli şəxslər də sükanı sonuna qədər belə saxlayacağına ümid edirik.

Kimliyindən asılı olmayaraq - mədəniyyət, insanlarla ünsiyyət və idarəetmə bacarığı insanda ilk növbədə yaranışdan, ikinci növbədə ailədən gəlir, bu sonradan qazanılması mümkün olmayan amildir. Bu insanlar da bugünə qədər bu hörməti qazanmağı bacarıblarsa, qorumağı da bacardıqlarına əminik.

DogruXeber.az


Oxunub: 603

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Yalnız bu üç növ silah Ukrayna müharibəsinin gedişatını dəyişə bilər - "The Telegraph"

Dollara tələbin artmasının səbəbləri açıqladı

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşdü

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO

Məktəbdə nöqsan aşkarlandı, direktor işdən çıxarıldı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bu günə olan valyuta məzənnələri

Bütün xəbərlər